Mahal Osmanov: “Tənha” Ən qısa hekayə

Mahal Osmanov: “Tənha”  Ən qısa hekayə
17 dekabr 2013
# 16:00

Kulis.az Mahal Osmanovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Tənha” (449 işarə) hekayəsini təqdim edir.

Gecə yatmazdan əvvəl siqaretin son qullabını içinə çəkdi və tüstünü sonsuz qaranlığa tuşlayıb üfürdü, tüstü pəncərə şüşəsi üzərində iz buraxdı, fikrindəki adı ora əyri çirkli dırnağı ilə yazdı, yazdığına baxıb gülümsədi, sonradan kimsə görər deyə ətrafa şübhəli baxışlarla baxıb tez əlinin içi ilə sildi, stolun üzərində qalan yarımçıq ilıq pivəni birnəfəsə içib, özünü çarpayının üstünə atıb hönkür-hönkür ağladı, bu daxmada ondan başqa bir ins-cinsdə yox idi, o, tənhadır, bu dünyada hər şeyini itirən sonsuz qadın kimi...

# 1719 dəfə oxunub

Müəllifin son yazıları

# # #