“Qladiator 2”nin çəkiliş meydançasında yanğın baş verdi

“Qladiator 2”nin çəkiliş meydançasında yanğın baş verdi
11 iyun 2023
# 11:00

“Qladiator 2”nin çəkiliş meydançasında ekipajın bir neçə üzvü yaralanıb.

Kulis.az xəbər verir ki, bu barədə “Variety” məlumat yayıb.

Məlumata görə, iyunun 7-də Mərakeşdə döyüş səhnələrindən birinin çəkilişi zamanı qəza baş verib. Nəticədə bir neçə kaskadyor xəsarət alıb.

Hadisənin təfərrüatları açıqlanmayıb, lakin yayımda olan biri qeyd edib ki, yanğın şousu zamanı altı kaskadyor ciddi şəkildə yanıb.

Hazırda altı zərərçəkəndən dördü hələ də xəstəxanada həkim nəzarəti altındadır.

# 896 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #