Rüfət Ağayev: "Bir səhər" Ən qısa hekayə

Rüfət Ağayev: "Bir səhər" Ən qısa hekayə
17 dekabr 2013
# 14:00

Kulis.Az Rüfət Ağayevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Bir səhər” (500 işarə) hekayəsini təqdim edir.

Səhər yuxudan durub, hazırlaşıb işə yollandım. Nədənsə hər şey qəribə idi, yol boyu hamı səbirli idi, heç kəs qəfildən bir hərəkət zolağından digərinə atlanmırdı, heç kəs yaşıl yanmadan hərəkətə başlamırdı, heç yersiz yerə siqnal verəndə yox idi. Çox sakitliklə şəhər yeni günə başlayırdı, bu an mənim telefonumun saatının zənginin səsi gəlirdi. Gec yatdığımdan saatın beşinci zənginə yuxudan dururdum. Tez tələsik geyinib, maşını işə saldım. Yol boyu o, zolaqdan bu, zolağa, ona siqnal, buna siqnal, amma qulağım səsdə idi telefonun saatının zənginə yenidən yuxudan oyanmaq istəyirdim.

# 3378 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #