Şekspirin kitabı 2,5 milyon dollara satıldı

Şekspirin kitabı 2,5 milyon dollara satıldı
22 iyul 2022
# 12:40

Uilyam Şekspirin pyeslərinin ilk dəfə toplu olaraq nəşr olunduğu The First Folio kitabı Sothebys hərrac evinin qiymətli kitab auksionunda 2 milyon 470 min dollara satılıb.

Kulis.az xəbər verir ki, qiymətli kitab və sənədlər hərracında əhəmiyyətli bir kolleksiyaçı tərəfindən satışa çıxarılan Şekspir pyeslərinin kütləvi nəşri olan "Birinci Folio" adlı kitab 2 milyon 470 min dollara alıcı tapıb.

Hərraca çıxarılan digər qiymətli sənədlər arasında Müstəqillik Bəyannaməsinin Massaçusets ştatının rəsmi nəşrinin əvvəllər qeydə alınmamış nüsxəsi rekord qiymətə 2,228,000 dollara satılıb.

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

# # #