Eynal Qardaşov: “X” -Ən qısa hekayə

Eynal Qardaşov: “X” -Ən qısa hekayə
23 dekabr 2013
# 11:33

Kulis.Az Eynal Qardaşovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “X” (495 işarə) hekayəsini təqdim edir.

Şaxtalı hava üzünün dərisini qurutmuşdu. Burnunun suyunu tez-tez çəkir, şaxtadan ayaq barmaqlarını hiss etmirdi. Köşkdən baxmaq üçün aldığı kitabı artıq 20 dəqiqə idi ki, oxuyurdu.

Yumaq kimi bürünmüş köşkün qoca sahibi:

- Kitab alana oxşamırsan, ver bura. Bura oxu zalı deyil.

Burda yarımçıq qaldığı kitabın davamını o biri köşkdən götürdüyü kitabla davam edərdi. Beləcə onu gün ərzində neçə köşkün qabağından qovardılar.

Azacıq tələbə təqaüdünü də kitaba versəydi, sonra nə edəcəkdi.

“Əli müəllim, görüşünüzə gələn var.” Katibənin qəfil eşidilən səsi onu keçmişindən ayırdı.

# 2534 dəfə oxunub

Müəllifin son yazıları

# # #