İlqar Kamil: “Ana” Ən qısa hekayə

İlqar Kamil: “Ana” Ən qısa hekayə
17 dekabr 2013
# 16:00

Kulis.az Ilqar Kamilin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Ana” (449 işarə) hekayəsini təqdim edir.

"Dööz!" - son eşitdiyi söz bu oldu...işıqlar söndü, zülmət çökdü, hər yer sükuta qərq oldu...

Bir xeyli belə keçdi. Yavaş-yavaş uzaqdan bir səs gəlməyə başladı:

- Oğlum, Murad, qalx!

Səs getdikcə yaxınlaşırdı:

- Vaxtdı, oyan artıq, ana qurban!

Səs elə hüzurlu idi ki...

Xumarlana-xumarlana gözlərini açdı. İlahi, bu ki, anası idi. Bütün vücudunu heyrət bürüdü. Dirsəklənib, təəccüb içində dilləndi:

- Gözlərimə inanmıram, anacan, sən həyatdasan?!

Ana həzin səslə cavab verdi:

- Yox, əziz balam, sadəcə sən həyatda deyilsən!...

# 4840 dəfə oxunub

Müəllifin son yazıları

# # #