Cavad Cavadov: “Qəza”-Ən qısa hekayə

Cavad Cavadov: “Qəza”-Ən qısa hekayə
20 dekabr 2013
# 23:00

Kulis.az Cavad Cavadovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Qəza” (221 işarə) hekayəsini təqdim edir.

Çoxdandır ki, maşını bəla gözləyirdi. Bir dəfə Gəncə-Qazax magistralında az qala bir insan onu vuracaqdı. Qayıdanda da bir at Şamaxı yolunda azca cızmışdı onu. Sevinirdi ki, bir cızıqla da olsa xəta sovuşdu. Bakıya çatanda bir azyaşlı qız vurdu onu.

Maşın öldü.

# 1690 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #