Muzeydən 9 milyon avroluq əsərlər oğurlandı

Muzeydən 9 milyon avroluq əsərlər oğurlandı
9 sentyabr 2026
# 11:00

Fransanın Kany-sür-Mer şəhərində yerləşən “Pyer-Ogüst Renuar” Muzeyində ümumi dəyəri təxminən 9 milyon avro olan dörd əsər oğurlanıb.

Kulis.az xəbər verir ki, hadisə zamanı iki şübhəli şəxs muzeyin bağçasındakı hasarı keçərək içəri daxil olub.

Polisin təqibi zamanı qaçan cinayətkarlar oğurladıqları əsərlərdən ikisini muzeyin həyətində düşürüblər.

Müfəttişlər hazırda Parisdəki Orse muzeyindən müvəqqəti gətirilən "Madam Kolonna Romanonun portreti" və "Quyudakı gənc qadın" tabloları ilə aradan çıxan şübhəlilərin axtarışını davam etdirirlər.

# 74 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər