12.34.
Bu saatlarda Kulis.Az-ın əməkdaşları Kənan Hacı ilə əlaqə saxlayıblar. O hər şeyin qaydasında olduğunu bildirib.
12.11.
- “Əjdahanın evi” filminin treyleri yayımlandı
- “Çölçü” beş filmdən biri oldu
- Audiovizual Şuranıın 2023-cü il üzrə Maliyyə Hesabatı
Bu səhər yazıçı Mövlud Mövludun intihar xəbərinin yayıldığı dəqiqələrdə Kənan Hacı da Facebookda müəmmalı status yazıb.
Kulis.Az-ın məlumatına görə yazıçı statusunda bunları qeyd edib: “Yoruldum artıq! Günahlarımın bağışlanacağına ümid edirəm. Salamat qalın”.
Onun telefonu söndürülüb.
Kulis.Az-ın əməkdaşları Kənan Hacının evinə getsə də onu tapa bilməyiblər.
Yazıçının həyat yoldaşı İlhamə Dağlı Kənan Hacının səhər Buzovnaya gedəcəyini bildirib.
Millət vəkili Qənirə Paşayeva da Kənanın evinə gəlib.
Mövzunu diqqətdə saxlayırıq.