Nobelə təqdim olunan yazıçı öldü

Nobelə təqdim olunan yazıçı öldü
22 noyabr 2016
# 10:28

İrlandiya yazıçısı və dramaturqu Uliyam Trevor 88 yaşında vəfat edib. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yazıçı ötən illərdə Nobel mükafatına namizəd göstərilib.

O, 1928-ci ildə anadan olub. Trevor hekayələr, pyeslər və romanlar müəllifi kimi tanınır. Yazıçının “Lyusi Qolt hekayəsi”, “Ögey talelər”, “Aşağıda” adlı kitabları ilə məşhurluq qazanıb.

İrland yazıçı üç dəfə nüfuzlu Britaniya ədəbiyyat mükafatı “Costa”nın qalibi olub, dörd dəfə isə Buker mükafatının qısa siyahısına düşüb.

# 956 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #