ATV-nin aparıcısına gənc yazardan plagiat ittihamı

ATV-nin aparıcısına gənc yazardan plagiat ittihamı
14 mart 2014
# 10:50

Gecce.az saytının ATV telekanalının aparıcısı Kəmalə Piriyevanın instagram səhifəsinə istinadən yaydığı sevgi hekayəsi qalmaqala səbəb olub. Gənc şair Şəhriyar Del Gerani Kulis.Az-a müraciət edərək, həmin mətnin ona məxsus olduğunu, “Mən səni də istəyirəm, o fahişəni də...” adı ilə şeir kimi daha əvvəl məşhur saytlardan birində yayımlandığını söylədi: “Bu haqda mənə dostlarım xəbər verdi. Düzü, əvvəlcə o qədər də ciddi qəbul etmədim. Ancaq sonra düşündüm ki, ən çox sevdiyim şeirlərdən birini bu cür açıq – açığına, hamının gözü qarşısında oğurlanması həm Kəmalə xanımın, həm də şeiri yayımlayan saytın mənə və təbii ki, ədəbiyyata böyük hörmətsizliyidir”.

Sonda şair saytı və aparıcı xanımı məhkəməyə verib – verməyəcəyi haqda ciddi şəkildə düşündüyünü söylədi.

Mətnlərin fotolarını təqdim edirik.

# 3371 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #