[b]Nəsiminin edam səhnəsini əks etdirən rəsm yayıldı - Foto[/b]

[b]Nəsiminin edam səhnəsini əks etdirən rəsm yayıldı - Foto[/b]
1 mart 2019
# 14:04

İmadədinin Nəsiminin edam səhnəsini əks etdirən miniatür rəsmin fotosu yayılıb.

Fotonu öz Facebook profilində paylaşan filosof Ağalar Məmmədov bunları yazıb:

“İmadəddin Nəsiminin bizə gəlib çatan təsviri. Bu təsvir 1700-ci illərə aiddir. Mərkəzi Asiyada tapılmışdır. Təsviri 2009-cu ildə elmə təqdim edən – ilk alman nəsimişünası, türkologiya professoru, hörmətli Michael Reinhard Heß-dir. Şəkildə Nəsiminin edam edildiyi görülür. Hess yazır ki, dərisini soyaraq edam etmək – hətta Orta Əsrlər ənənələrinə görə də qeyri-adi edam növü idi, görünür, belə dəhşətli ölümlə xalqın hürufiliyə get-gedə artan meylinin qabağını almaq istəyiblər. Hess-ə görə, əgər təsvir həqiqəti əks etdirirsə, onda ola bilsin, Nəsimini diri-diri yox, Nəsimidən təxminən min il qabaq yaşayan, manixeizmin qurucusu Mani kimi, edam etdikdən sonra dərisini soymuşlar. Yeri gəlmişkən, akademik Ziya Bünyadov Nəsiminin ancaq üzünün dərisinin soyulduğunu yazır. İndilik bu suallar açıq qalır.”

# 3637 dəfə oxunub

Müəllifin son yazıları

# # #