Musa Yaqub oxucularla görüşüb

Musa Yaqub oxucularla görüşüb
3 noyabr 2017
# 13:36

Noyabrın 2-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin 1 saylı filialında şair Musa Yaqubla görüş keçirilib.

Kulis.azın berdiyi xəbərə görə, görüşdə idarənin əməkdaşı Sücayət Piriyeva, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova, 16 saylı texniki humanitar liseyin müəllim və şagirdləri, oxucular iştirak ediblər.

Öncə filialın direktoru Gülşən Abbasova qonaqları salamlayaraq, şair haqqında geniş məlumat verib. Bildirilmişdir ki, Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olmuşdur. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlamışdır. Şairin “Taleyin qisməti”, "Sağlıqlar", "Yarpaqların payız söhbəti", "Atam, anam", "Tənhalıq" və digər şerləri xalq tərəfindən çox sevilir.

Musa Yaqub oxucuların suallarını cavablandırıb, öz şeirlərindən deyib, daha sonra şairlə xatirə şəkilləri çəkilib. Musa Yaqub kitabxananın “Xatirə” kitabına öz ürək sözlərini qeyd edib.

# 1036 dəfə oxunub

Müəllifin son yazıları

# # #