AYB-dəki davanın gizlinləri

AYB-dəki davanın gizlinləri
12 mart 2013
# 18:07

Azərbaycan Yazıçılar Birliyində (AYB) təşkilatın əməkdaşları arasında insident yaşanıb.

Kulis.Az-a daxil məlumata görə “Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və “Azərbaycan” jurnalının şöbə müdiri Əsəd Cahangir arasında insident hər iki şəxsin sərxoş vəziyyətdə olduğuna görə baş verib. Elçin Hüseynbəyli Əsəd Cahangirə yumruq zərbələri endirdikdən sonra qəzəblə otağı tərk edərkən qapını zərblə çırpıb və bu zaman ”Azərbaycan” jurnalının məsul katibi Tofiq Mahmudun əli zədə alıb.

İnsidentdə adı hallanan E.Hüseynbəyli yazılanları təkzib etdi: "Mən heç içki içmirəm axı. Yalandan xəbər yayıblar ki, mənə butulka atıblar. Mən hal-hazırda stadiondayam və idmanla məşğul oluram. Tofiq müəllimin barmağının qapının arasında qalması sırf təsadüfdür. Onun barmağını spirtləyib, sarımışıq. Əsədi yumruqlamaq olar?! Əsədin nömrəsi itdiyi üçün ona zəng çatmır. Görünür bəzi adamlar məni gözdən salmaq üçün bu şayiələri yayır".

AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə hadisədən xəbərsiz olduğunu bildirdi.

Qeyd edək ki, bu münaqişə barədə ilk xəbəri Aznews.az saytı yayıb.

# 2398 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #