Əli Novruzovdan ilk kitab "7 hekayə"

Əli Novruzovdan ilk kitab "7 hekayə"
9 dekabr 2013
# 11:38

Əli Novruzovun kitabı çap olunub. Kulis.Az-ın xəbərinə görə “7 hekayə” adlı kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı və qısa hekayə janrında olan yazıları daxildir.

"7 hekayə" kitabının redaktoru Etibar Salmanlıdır. Bu Əli Novruzovun ilk kitabıdır.

Kitabın qiyməti 3 manatdır.

Dekabrın 14-ü saat 17.00-dən 19.00-a kimi İçərişəhər – Bookhouse & Café məkanında kitabın rəsmi təqdimat mərasimi keçiriləcək.

Dekabrın 15-i saat 12.00-dan 20.00-a qədər isə BAKITAB mağazasında kitabın imza mərasimi və satışı təşkil olunacaq.

# 2349 dəfə oxunub

Müəllifin son yazıları

# # #