Tanınmış Azərbaycan şairi Fikrət Sadıq vəfat edib.
Bu barədə Kulis.aza şairin oğlu Orxan Fikrətoğlu məlumat verib.
O, dünən gecə evində dünyasını dəyişib.
- MKM şikayətlərə açıq iclasda baxacaq
- Mühəndislik Universitetinin tələbəsi tamaşa hazırladı
- Həmşəçallı, Rübail, Elxoş... - Ədəbiyyatımızın qeyri-adi imzaları
Fikrət Sadıq ağ ciyər xəstəliyindən əziyyət çəkirdi. Ölüm səbəbi nəfəs tıxanması olub.
Mərhumla vida mərasimi bu gün saat 15.00-da yaşadığı ünvanda olacaq.
Harda dəfn ediləcəyi hələlik bəlli deyil.
Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub.
1975-ci ildən Azərbaycan Yazıçılar Birliyində poeziya üzrə məsləhətçi işləyirdi, Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin.