Əsəd Qaraqaplanın imza günü olacaq

Əsəd Qaraqaplanın imza günü olacaq
6 iyun 2015
# 15:00

Gənc yazar Əsəd Qaraqaplanın yeni kitabı çap olunub.

“Sonralar daha çox yalnız” adlanan kitab haqqında yazar qısa olaraq belə deyir: “Geridə qalan 30 il var. Bu kitab mənim bu yaşımın yekun kitabıdır. Kitab həm romandır, həm esselər, həm şeirlər, həm də hekayələr. Və tələbə vaxtından bu yana yazdığım bir bioqrafiya. Burda ilk qələm təcrübələrimdən tutmuş son dönəmlərə qədərki seçmə yazılar – iç mətnləri yer alıb.”

Kitab yazarın yaratdığı Ən Özgür Ədəbiyyat seriyasından çap olunub. İndiyə kimi bu seriyadan Əsəd Qaraqaplanın “Halroman”, “XİLASroMAN”, “Dəliliyin D-şifrəsi”, “SAVAŞroMAN”, “Zorlanmışlar” və “Sevgidən sonra qadınlar” kitabları çap olunub.

Kitabın imza günü sabah saat 17-də Kitabevim.az-da təşkil olunacaq. Maraqlananlar iştirak edə bilərlər.

# 938 dəfə oxunub

Müəllifin son yazıları

# # #