Mədəniyyət Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə 26-27 avqust tarixlərində Laçında şəhər günü tədbirləri keçirilib.
Kulis.az xəbər verir ki, "Laçın Şəhəri Günü" tədbirləri çərçivəsində Həkəri çayının sahilində Uşaq İncəsənət Festivalının yay düşərgəsi təşkil olunub.
Qeyd edək ki, düşərgədə xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs və nominasiyalar üzrə festivalın finalına vəsiqə qazanan 60-a yaxın uşaq iştirak edib.