İspaniya-Azərbaycan ədəbi əlaqələri genişlənir

İspaniya-Azərbaycan ədəbi əlaqələri genişlənir
13 aprel 2018
# 16:24

Aprelin 13-də İspaniya Krallığının rəsmisi cənab İqnasio Sançes Taboada Azərbaycan Tərcümə Mərkəzində olub.

Görüşdə Azərbaycan-İspaniya ədəbi əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən – müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr edilmiş Federiko Qarsiya Lorka, Eduardo Mendosa, Migel Delibes, Alvaro Kunkeyro, Antonio Maçado, Хuan Ramon Хimenes və digər bu kimi tanınmış ispan ədiblərinin əsərlərindən söz açılıb.

Bir sıra dünya dillərinə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın İspaniya nəşrinə dair məsələlər, həmçinin yaxın günlərdə işıq üzü görəcək, məşhur ispan yazıçısı Kamilo Xose Selanın kitabı ilə bağlı müzakirələr aparılıb.

# 1352 dəfə oxunub

Müəllifin son yazıları

# # #