Şair Arzuman Kəlbəcərlinin yeni-“Yurdum kimi viran könlüm” kitabı işıq üzü görüb. Kitabda Kəlbəcərdə doğulan, hal-hazırda köçkün həyatı taleyi yaşayan şairin ağrı-acılarını əks etdirən şeirlər yer alıb.
Kitaba ön sözü Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı Ayaz İmranoğlu yazıb.
Hazırda Yevlax rayonun Meyvəçilik sovxozunda yaşayan və çalışan Arzuman Kəlbəcərli bədii yaradıcılıqla da məşğuldur. Müxtəlif illərdə mətbuat səhifələrində, toplularda şeirləri dərc olunub.
“Yurdum kimi viran könlüm” kitabı onun oxucularla ikinci görüşüdür.