Kişisiz qadın, qadınsız kişitək çox yetim qalmır

Kişisiz qadın, qadınsız kişitək çox yetim qalmır
1 iyul 2014
# 14:37

Bilirsən, əzizim, qadınsız kişi,

Dişləri tökülmüş ağıza bənzər.

Yarıtmaz qadına aid bir işi,

Nə dediyi, nə yediyi bilinər.

Bilirsən, əzizim, qadınsız kişi,

Gecələr bayquştək yalqız ulayar.

Xatırlar qadınla olan keçmişi,

Yastığı, yorğanı yağıb, sulayar.

Bilirsən, əzizim, qadınsız kişi,

Siqaret, araqla başını qatar.

Çox acı, dəhşətli olar vərdişi,

Gecələr ağlayar, gündüzü yatar.

Bilirəm, əzizim, kişisiz qadın,

Qadınsız kişitək çox yetim qalmır.

Həsrət bildirsə də qadına dadın,

Qadınsız kişitək yatağa salmır.

29.06.2014

# 2035 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #