İçimdəki şəhvətdən utanıram

İçimdəki şəhvətdən utanıram
11 yanvar 2018
# 13:33

Aysel Novruzzadə

***

Daha sənə məktub yazammıram
Artıq əllərimdən utanıram
Sənsizlikdən elə yorulmuşam
İnan yorulmaqdan utanıram

Yoxluğundan çox ağladım
Göz yaşlarım quruyub da
Neyləyim ağlayammıram
Ağlamçün gözlərimdən utanıram

Səni sənsiz yaşamaqdan
Necə gəlib keçib illər də
Heç özümdə qanmıram
Daha sevməkçün illərdən utanıram

Görmürsənmi necə darıxıram
Artıq hisslərimə hakim olammıram
Dodaqlarım barmaqlarım
Bağırır susdurammıram
Artıq içimdəki şəhvətdən utanıram

Bir cüt hüzn

Bir cüt qol istəyirəm
Sıxıb məni bağrına
Bütün dərdlərimi çıxara
Bir cüt göz istəyirəm
Baxa məni anlaya
Sevdiyimi danmaya
Bir cüt ayaq istəyirəm
Dərdlərimi alıb məndən
Çıxıb gedə uzaqlara
Bir də geri qayıtmaya
Mən əslində qış istəyirəm
Yağış yağa, qar yağa
Məni başdan-ayağa
Yuyub dərdlərimi apara.
Elə istəyirəm ki
Yoldan keçən birin tapam
Dərdlərimi sırayam.
Dərd də elə şeydir ki
Gah mənlə dost olur
Gah da keyfimə soğan.
Ağlı yoxdur anladam
Dili yoxdur danışdıram
Görüm axı nə istəyir

Niyə durub getməyir.
Dərdim məni tərk etməyir

Guya məni çox istəyir
Kimsələrə dəyişməyir
Taleyimim başında
Bütün günü keşik çəkir.
Yada yaxşı biri ola
Dərdim gedib qonaq ola
Bir neçə gün başım beynim
Bir azcana rahat ola
Sonra yenə geri dönə
Yənə mənə paz ola
Günlərimə şərik ola

# 2044 dəfə oxunub

Müəllifin son yazıları

# # #