Yataq və həyat qəhrəmanı

Yataq və həyat qəhrəmanı
27 mart 2013
# 12:31

Qadınların iki qəhrəmanı olur. Biri həyatda, biri yataqda.

Həyatdakına heç vaxt rast gəlmirsən. Amma həmişə axtarırsan.

Bəlkə də bu axtarış sənin ümidin olur.

O ümid həm də sənin qaranlıq yolunun çırağıdır. Həmişə əlində olur.

Qabağa, bir az da qabağa getməyə can atırsan.

Gic toyuqlar kimi sərsəmləyirsən arada.

Amma çırağının qırılmasından qorxursan. Onu göz bəbəyi kimi qoruyursan...

Son nəticə. O qəhrəman sənin deyil...

İkinci hissə daha acınacaqlıdır.

Sən həmişə roldasan. Ya ürəkdən, ya ürəksiz.

Heç bir fərqi yoxdur...

Bəzən çox ağıllı, sözə baxan olursan.

İnadkarlıq sənin xeyrinə deyil...

Başında xəyali qəhrəmanın silueti, bədənində yataqdakı qəhrəmanın tükürpədici sığalı...

Yarımçıq hisslərlə yaşayırsan...

Yarımçıqlar yalnız qarşındakında bütövləşir. Amma ondan sənə pay düşmür.

O gözləntilər öldürür səni, yavaş -yavaş əridir içindəkiləri...

Son nəticə...

Sən yalnız ölümə məhkumsan...

Fidan Əli

# 3090 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #