Gözlərində Tanrı nuru

Gözlərində Tanrı nuru
10 fevral 2014
# 11:15

ANAR MƏCİDZADƏ-

Azərbaycan əsgəri

Hər əzaba sinə gələr,

O igiddi, o həm də ər,

Vətən yolunda can verər,

Azərbaycan əsgəri.

Başı üstündə Allahı,

Əlində atəş silahı.

Aşar neçə uca dağı,

Azərbaycan əsgəri!

Bəzən günü olur çətin,

Ancaq yenə də o mətin.

Tükənməzdi məhəbbətin,

Azərbaycan əsgəri!

Bu torpaqda analar,

İgid oğul doğurlar.

Sənə min-min uğurlar,

Azərbaycan əsgəri!

Həm anadır, həm atadır

Çətin olsa vəziyyətim,
Sizə düşür əziyyətim.
Hər bir zaman xoş niyyətim,
Həm anadır, həm atadır.

Eşidərlər tez harayı,
Eşitməsə əmi, dayı.
Bəşərin günəşi, ayı,
Həm anadır, həm atadır.

Gözlərində Tanrı nuru,
Tanrı, sən onları qoru.
Bu dünyada ən haqq, doğru,
Həm anadır, həm atadır.

Hər əzaba dözən kimdir,
Hər əzabı çözən kimdir?
Çiçək kimdir, çəmən kimdir,
Həm anadır, həm atadır.

Anar, söyləyir ki, ürək,
Ən xoş arzu, ən xoş dilək,
Ömür boyu bizə gərək,
Həm anadır, həm atadır.

Var ol səni, mənim ana torpağım!

Səndən başlamışdır tarixin özü,
Bu dünyanın ilk kəlməsi, ilk sözü.
Millətin sabahı, günü, gündüzü,
Var ol səni, mənim ana torpağım!

Oğulların Qarabağı alacaq,
Şuşada, Laçında toylar çalacaq.
İstiqlalın ömür boyu qalacaq,
Var ol səni, mənim ana torpağım!

Şairin damarda coşubdur qanı,
Vəsf eləyir şanlı Azərbaycanı.
Anarın ürəyi, ruhu, həm canı,
Var ol səni, mənim ana torpağım!

Olacaqlar olmalıdır

Odur bu dünyanın şahı,
Biz quluq Tanrı əmrinə.
Həm sevinc, həm də qəm yazır,
O hər insanın ömrünə.

Tale üzünə gülməsə,
Güldürsən də gülən deyil.
Qismətində ölüm yoxsa,
Öldürsən də ölən deyil.

Dəyişməyir O hökmünü,
Olacaqlar olmalıdır.
Baharda açan gül-çiçək,
Payız fəsli solmalıdır.

# 1858 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #