Jalə Səhrəd
unutduğun sözlәr kimi
düşәcәm bir gün yadına.
heç gözlәmәdiyin vaxtda.
hәr şey üçün çox gec olduğu
buludların fiqurlara bәnzәmәdiyi
bulvarın romantik görünmәdiyi bir vaxtda.
gecikәn qonaq kimi gәlәcәm.
hamının yatdığı gecәdә
yemәyin soyuduğu
pişiklәrin pәncәrәdәn
köhnәlib atılmaqçün saxlanan yemәyә
hәsrәtlә baxdığı bir gecәdә.
bütün hisslәrin söndüyü
bütün ehtirasların bitdiyi bir gündә gәlәcәm.
qapına pencәyimi qoyub gedәcәm.
birlikdә aldığımız pencәyimi
sәnin sevdiyin kimi qara rәngdә olan.
köhnә bir pencәyin bir qutu şokoladdan da
bir dәstә çiçәkdәn dә daha çox söz dediyini
sәn hamıdan yaxşı bilәrsәn.
"sәn" dedim yadıma düşdü.
hәr şeyә geciksәm dә sәnә gecikmәyәcәm.
tanıyacaqsan.
әn az yarım saat qapıda dayanacaq qәdәr.
әn az 2 dәfә o pencәyi әlindәn salacaq qәdәr.
әn az 3 dәfә qapını açıb
içәri girmәkdәn vazkeçәcәk qәdәr.
onda baxacaqsan göyә
buludların düzәltdiyi fiqurları görәcәksәn.
qolunda qara bir pencәk dolaşacaqsan bulvarı.
sevәcәksәn pişiklәri.
illәr sonra ehtirasla baxacaqsan qadınlara.
yaşayacaqsan
sevişmәyin günah olduğu ölkәdә
gözәlә baxmağın savabını...