İnsanın acizliyi

İnsanın acizliyi
3 mart 2014
# 17:27

Cavanşir Muradov

Bəzən oturub düşünürəm, mən kiməm? İnsan. Bəs insan nədi? Allah tərəfindən yaradılan şüurlu varlıq. Yerin, kainatın yaraşığı. Bəli, məsələ elə burdan başlayır. Bəs yaxşı insanşüurlu varlıqdırsa nəyə görə şüursuz hərəkət edir? İnsan nəyə görə başqasını öldürür?

Nəticə etibarı ilə onlarda canlıdırlar. Amma şüurları yoxdur. Amma insanda var. Yaxşı insan yaxşını pisdən ayıra bilirsə, bəs nəyə görə siqaret, yaxud narkotik qəbul edib, spirtli içkilərdən istifadə edib özünü məhv edir? Nəyə görə? İndi dedim axı insan yaxşını pisdən ayırır. Məgər bunlar pis deyilmi? Başqa bir şeyə nəzər salaq. Deyirlər insan qurub yaradır.

Bəs nəyə görə insan öz yaratdığını özü dağıdır? Müharibə. Bunu da yaradan yaranmasına şərait yaradan insandır. Bu dünyada hər şeyin sonu var. Nəyə görə insanlar bu həqiqəti anlaya-anlaya yeni ərazilər ələ keçirməyə çalışır və bununla milyon – milyon insanların son qoyur?

İnsan nəyə görə yalan danışır? Hər yalanın üstünü açılacağını bilə - bilə. Çox maraqlıdır. Adi ağappaq kağız parçası hamı üçün ahəmiyyətsizdir. Bəs nəyə görə insan pul üstündə bir – birini öldürür? Axı pulda kağız parçasıdır. Bir maraqlı fakt daha. İnsan pul qazanmaq üçün sağlamlığından keçir. Sonda işə sağlamlıq qazanmaq üçün pulundan. Deyirlər insan hər şeyə qadirdir. Bəs onda nəyə görə insan özündə indi dediyim mənfi xüsusiyyətləri boğa bilmir?

# 2641 dəfə oxunub

Müəllifin son yazıları

# # #