Tanrıya şükür

Tanrıya şükür
23 fevral 2015
# 14:51

Ömrümü yaşayıram,

Ümidlər xanəsində.

Şimal küləklərinin,

Sevincli nəğməsində.

Arzularım çin olub,

ALLAH-ın sayəsində.

Dərd qəm düşmənim olub,

Tək onun sayəsində.

Bəzən yalnız qalmışam,

Sən demə yanılmışam,

Yalnızlıq dadmamışam,

Rəbbimin sayəsində.

Vardır nə dərdim qəmim,

Nə də nəsə istəyim.

Qəlbimdəkini verib,

Mənim o uca Rəbbim..

Tanrıya sığınmışam,

Şükür edirəm hər zaman,

O-nun sayəsində mən,

Çox xoşbəxtəm hər bir an...

# 1249 dəfə oxunub

Müəllifin son yazıları

# # #