Bullinq

Bullinq
29 aprel 2019
# 15:12

Nicat Şükürlü

Elina kimi təcrid olunmuşlara, son çıxışı intiharda görənlərə ithaf edirəm.

O yeddi şüşə oynayan uşaqlara baxırdı. Ondan başqa məhəllənin bütün uşaqları oyuna qoşulmuşdu. O məhləyə təzə köçdüyündən uşaqlar onu özlərinə yaxın buraxmırdılar. Onun günləri həsədlə bir-birləri ilə oynayan uşaqlara baxmaqla keçirdi. Bir neçə dəfə uşaqlarla danışmaq istəsə də cəsarəti çatmamışdı. Bundan əvvəl kirayə qaldığı məhlələrdə demişdi nə olmuşdu? Üzünə vurmuşdular kirayədə qaldığını. Ögey olduğunu ruhunun hər zərrəsinə qədər duymuşdu. Uşaq qəlbi soyuqdan büsbütün titrəmişdi.
Evə çıxıb getmək istəyirdi ki, top ayağının altında gəlib dayandı. Bu cəsarətə gəlməyinə şərait yaratdı. Topu qorxudan əsən əllərinə alıb uşaqlardan ən böyüyünə səsləndi:


- Olar məndə sizinlə oynayım?


Uşaqların ən böyüyü ora-bura baxıb dedi:


- Milçək vızıltısına bənzəyən nəsə eşidirsiz?


Digər uşaqlar qəhqəhə çəkərək bu sözə gülüşdülər. İçlərindən kepka taxmış bir uşaq dedi:


- Hə eşidirəm. Poxa qonmuş milçək. Pox milçəyi səsi.


Yenə gülüş sədaları eşidildi. Uşaqların ən böyüyü əllərini yellədənə qədər qulaq batıran qəhqəhə davam etdi.


Uşaqların ən böyüyü ona yaxınlaşdı. Əlləri ilə onun çiynindən basıb aşağı çökürtdü.


- Əəə yurdsuz-yuvasız sən özünü bizə tay tutursan? Elə bilirsən ki, heç bir yerə aid olmayan səni özümüzün arasına alacağıq? Sən poxdan poxa qonan milçək biz isə ətirli güllərdə gəzən arılarıq. Bax aramızdakı fərq bu qədər böyükdür. Davay burdan poxa qonmağının dalınca.


Onun gözləri dolmuşdu. Ağlamamaq üçün dodaqlarını sıxırdı. Uşaqlardan ən böyüyü topa bərk yumruq vurub onun əlindən saldı, yerdən götürüb uşaqlara tərəf getdi. O dörd yanını dövrələyən yalnızlığını şiddətlə hiss edib göz yaşlarını saxlaya bilmədi.


Axşam düşmüşdü. Uşaqlar oyunlarını bitirib evlərinə getmişdilər. O hələ də diz çökdüyü yerdə ağlayırdı. Handan-hana ayağa qalxıb üstünü təmizləyərək evə getdi. Liftə minəndə gözlərinə inanmadı. Şax onluq liftin düz ortasına düşüb qalmışdı. Uşaqların almaq istədiyi topun qiyməti bu qədər idi. Elə hey düşünürdü ki, on manatı olsun top alsın. Uşaqların istədiyi topu alsa onlara qoşulmağına icazə verərdilər.


Pulu tapdığı axşam səhərə yaxın yuxuya getdi. Doğulduğu gündən bəri ilk dəfə idi ki sevincli idi. Sevincdən gözünə yuxu getmirdi. Ağlayırdı. İlk dəfə sevincdən ağlamağın nə demək olduğunu anlayırdı. Həmişə qəlbinin param-parça olmağından ağlamışdı. İndi isə göz yaşları sevincdən axırdı.


Yaxşı ki, sabah altıncı gün idi. Dərs olmadığından oyanan kimi əlini-üzünü yuyub yeməyini tez-tez yeyərək həyətə düşdü. Dükan yeni açılmışdı ki, özünü içəri soxdu. Sevinclə almaq istədiyi topa baxıb xəyal qurdu. Satıcının səsi onu xəyalından ayırdı:


- Nə lazımdı?


Satıcının səsindən soyuqluq duyulurdu. O özünü itirmişdi. Kəkələyərək dedi:


- Top almaq istəyirəm.


Satıcı ən ucuz topların olduğu tor zənbilə doğru getdi. Zənbili açıb topu çıxardanda o dedi:


- Ən bahalısını istəyirəm. Bütün uşaqların xəyalında olan topu.


Səsində sevinc hiss edilirdi. Gözlərinin içinə xoşbəxtlik hopmuşdu. Xoşbəxt gözləri satıcıya zillənmişdi. Yerində təəccübdən donub qalan satıcıya.


- Narahat olmayın pulum var.


Şax on manatı cibindən çıxarıb kassa aparatının yanına qoydu. Gözlərinə inana bilməyən satıcı yuxu içində ən bahalı topların olduğu zənbilə yaxınlaşdı. Topu götürüb ona verməyi ilə əlinə alıb qaçmağı bir oldu. Sözün hər bir mənasında uçurdu. Ayağının altında yeri hiss etmirdi. Meydançada oynayan uşaqların yanına çatanda təngi nəfəs olmuşdu. Çətinliklə də olsa danışdı:


- Məni yenə aranıza almayassız?


Topu onun əllərində görüb gözləri təəccübdən bərələ qalan uşaqların nitqi qurumuşdu. Danışa bilmirdilər. Nəhayət, uşaqların ən böyüyü digərlərinə göz vuraraq dedi:


- Gəl görüm bura.


O qorxurdu. Amma bunu hiss etdirməməyə çalışaraq uşaqların ən böyüyünə yaxınlaşdı.


Uşaqların ən böyüyü onun başını sığalladı:


- Səndə bu gündən oldun bizim dostumuz. Aramıza xoş gəldin.


Uşaqların ən böyüyü əlini uzatdı. O məmnunluqla özünə uzadılan əli sıxdı. Oynamağa başladılar. O inana bilmirdi ki, uşaqlar tərəfindən qəbul olunub. Onlara qoşulmağı özünə şirin yuxu kimi gəlirdi. Bu anın heç bitməsini istəmirdi. Amma bitdi.


Elə qışqırdı ki, bəlkə də səsi dünyanın o başında eşidildi:


- Yoxxxxxxxxxxxxxxxxxx...


Topu bağa düşmüşdü. Bilmədi qəsdən vurmuşdular yoxsa səhvən olmuşdu. Qorxudan titrəyirdi. Bağın yiyəsi əsəbi adam idi. Kimin topu düşürdüsə partladırdı. Uşaqların ən böyüyü bunu bildiyindən uşaqlarla bu oyunu qurmuşdu. Bir az oynayıb topu bağa salacaqdılar.


O bağ sahibinin evinin pəncərələrinə baxdı. Dərindən nəfəs alıb çəpərə dırmaşdı. O bağa girərkən uşaqlardan biri uşaqların ən böyüyünün tapşırığı ilə bağ sahibinə onun bağa girməyini xəbərləməyə getdi. O bağdan çəpərə dırmaşıb çıxarkən bağ sahibini gördü. Topu bərk sinəsinə sıxdı. Bağ sahibi qapını açıb topu güc ilə onun əlindən almağa çalışdı. O topu buraxmaq istəmirdi. Bağ sahibi əsəbiləşib onun sifətinə bərk sillə vurdu. O yerə sərildi, amma ağlamadı. Bağ sahibi topu partladanda göz yaşları sel kimi axdı.

Yalvar-yaxarışlarına baxmayaraq bağ sahibi topunu partlatmışdı.
O ağlaya-ağlaya evə getdi. Anası nə olduğunu soruşanda dedi ki, "yıxılmışam". Otağına girib özünü kədərlə yatağa yıxdı. Bir az da ağlayıb dayandı. Çünki topunun partlamağına baxmayaraq uşaqlar onu aralarına qəbul etmişdilər. O ağlayanda təsəlli vermişdilər. Artıq onun da dostları var idi.


O bazar günü sevinc içində oyandı. Həmişəki kimi əllərini üzünü yuyub yeməyini yedi. Anasından icazə alıb həyətə düşdü. Uşaqlar gizlənpaç oynayırdılar. O sonradan gəldiyi üçün yummalı oldu. Yüzə qədər sayıb gözlərini açdı. Görəsən uşaqlar harda gizlənmişdi? Yaxşı - yaxşı axtarmağa başladı. Axtarmadğı yer qalmadı amma bir uşağıda olsun tapa bilmədi. Havanın qaralmağına və yağışın yağmasına baxmayaraq yerindən tərpənmirdi. Düşünürdü ki, çıxıb getsə yaxşı olmaz. Uşaqlar onu dostluqdan silərlər.


Gözlədi... Gözlədi... Gözlədi. Heç kim gizləndiyi yerdən çıxmadı. Əslində heç kim gizlənməmişdi. Uşaqlar yığışıb playstationa getmişsi. O isə yağışın altında yerindən tərpənmirdi. Başdan ayağa islanmışdı. Ciyərləri yerindən çıxacaqmış kimi öskürürdü. Bərk soyuq dəymişdi. Anası gəlib onu zorla sürüyüb evə aparmasaydı bəlkə də ömür boyu yerindən tərpənməyəcəkdi.
Evə çatana kim titrəyə-titrəyə yatağa girdi. Qızdırması qalxmışdı. Anası düz üç gün ona qulluq göstərdi. Amma o sağalmaq bilmirdi. Onu həkimə aparmaq lazım idi. Amma pulu yox idi. Pul əvəzinə həkimə öz bədənini verdi. Həkimin yazdığı dərmanlarıda bədənini verərək aldı. O yaxşı müalicə ilə sağaldı, ayağa qalxdı.


Onun anasının həkim və aptekçi ilə əlaqəsindən çox keçməmiş videosu sosial şəbəkələrdə yayılmağa başladı. Məhəllə uşaqları əvvəl onun evsizliyini üzünə vururdularsa indi anasının əxlaqsızlığı ilə onu incitməyə çalışırdılar. Ona elə ədəbsiz sözlər yağdırırdılar ki, ölmək istəyirdi:


"Qəhbənin dünyaya sıçdığı", "peysər" var yoxsuz"


Artıq atasız olduğu da üzünə vurulurdu:


- Sənin heç atanda yox imiş. Anan yalan deyirmiş. Sən bir anlıq həvəslə dünyaya gəlmisən. Bic doğulmusan! Bic!


Yaşamaq istəyirdi. Amma bu cür yox. Heç bir ümid yeri görünmürdü. Ölümü özünə ən yaxşı seçim olaraq görürdü. Ancaq bir qərar verə bilmirdi. Ta ki, məhəlləyə təzə köçən xoşu gəldiyi qızın yanında alçalana kimi. Xoşladığı qızın yanında söyüldü, sonra da döyüldü. Alçalmağın o biri tərəfi yoxdu. Qızın qulağı anasına söylənilən bütün təhqirləri eşitmişdi və bu vəziyyəti dəyişdirə bilməzdi.


O evləri ilə üzbəüz binanın ən hündür mərtəbəsinə qalxdı. Kiçik, çəlimsiz vücudunu bir an düşünmədən aşağı buraxdı. Yerə çaxılan bədəni param-parça oldu. Toza döndü.

# 4266 dəfə oxunub

Müəllifin son yazıları

# # #