Məni məndən alır cənnət gözlərin – Şeirlər

Məni məndən alır cənnət gözlərin – Şeirlər
7 fevral 2022
# 16:00

Kulis.az Emil Məmmədovun şeirlərini təqdim edir.

Gülümə məktub

Gülüm bir gün gəlsə ayrılıq,
Düşsə bu can ruhundan ayrı,
Baxarmı, əğyara mənim cənnətim,
Qucaq açarmı qolların məndən başqasına?

Ruhun məndən ayrılıb məskən salarmı?
Özgə bir yara, vurarmı könlümə yara?
İnanmaq istəmirəm mən sənsizliyə?
Razıyam, ölüm gələ, əbədi yuxumda görüm səni!

***

Şamtək hicran odunda yanaram,
Ən dərin sevda deyib uyaram,
Hər daim işıq saçan şam olaram,
Anı yaşayıb uğruna sönərəm,
Nə ah çəkərəm, nə fəryad edərəm,
Ən həssas yerdə saxlayıb sevərəm səni…

***

Yar seçibsə əğyarı,
Həsrətin çəkmək nəyə lazım?
Gözü yolunu gözləmirsə yarın,
Yolunu gözləmək nəyə lazım?
Gəlmirsə yar sənin qəlbinə sarı,
Yarı gözü yollarda gözləmək, nəyə lazım?
Yar çəkirsə sinən üstə dağı,
Yarın açdığı yaranı, əzizləmək nəyə lazım?

***

İstərəm yaşayam mən,
Bir gün nəfəs almaq, azad olmaq,
Hər gün bir xeyirli işə vəsilə olam,
Anı yaşayıb xoşbəxt olam mən,
Sadecə istərəm yaşayam Mən…

Heç olmaya dərdim, bu dünyanın malı,
Anlatmaq istəyirəm, bu kainata əzəldən,
Yox bənzəri, bu cahanda sevginin,
Sevin sizi sevənləri, doğmaları, ögeyləri,
İstərəm yaşayam mən...

Gecələr

Yarım, icazə ver gecələr yuxuna gəlim,
Yaxınlaşım yavaş-yavaş, yanına gəlim,
Əlinə, gül üzünə toxunum, gəlim,
Qoxunu hiss edib sənlə alım nəfəs,
Qəlbimi qapıların açım tayba-tay
Sən mənim qəlbimə doğru
Gəl bircə addım,
Mən sənə bir ömür qaça-qaça gələrəm…

Sənsiz olmaz ömrümə həmdəm bir başqası,
Elə məndə istəmərəm yarım ola səndən başqası,
Səni səndən yox, yaradandan istəyirəm gülüm,
Yenə o sənli günləri mən, bir tək ilahidən istəyirəm gülüm.

***

Mənə deyirlər ki, gecələr
Niyə oyaq qalırsan sən?
Hansı sözlə? Hansı sözlə? Hansı sətirlə
Mən dərdimi aşkar edim soranlara?

Qəlbimdə bir yarammı var deyim
Yoxsa ruhumda səndən xatirə qalan
Ayrılığın, həsrətindənmi danışım
Bəlkə biraz səndən, bəlkə biraz gedişindən danışım?

Bəlkədə doğrusu elə səssizliyimdir,
Anlayan anlasın gülüşümdən mənim,
Sən gedən yollara həsrətlə baxmış qalan,
Gözlərimdən anlasın mənim...

Yarqunat

Yarım həsrətindəyəm mən gecələr
Axtarıb araram, hər batan günəşdə səni
Razıyam bir ömürlük tənha yaşayım
Quruyub solan ağac təki çürüyüm
Unutmaram səni, sənin ayaq izini
Nə ah çəkərəm, nə fəryad edərəm
Ağlımı itirsəm, ürək dayansa bir gün,
Tək əbədi olan, ruhumla sevərəm səni!

***

Gülüm, gözlərinin aşiqiyəm mən,
Ürəyinin yolunda şam təki yanaram mən,
Ləçəkləri günəş kimi açılan gülümsən sən,
Yorulmaram səni sevməkdən bir an da olsa,
Eşq deyə qoxur səninlə olanda hər yan,
Məni məndən alır cənnət gözlərin sənin…

# 10383 dəfə oxunub

Müəllifin son yazıları

# # #