Əsas heyəti fiziki məhdudiyyətli aktyorlardan ibarət olan ƏSA Teatrı Amerika yazıçısı Con Steynbekin “Adamlar və siçanlar” əsərini səhnələşdirəcək.
Bu barədə Kulis.aza teatrın baş meneceri Nicat Qulam məlumat verib.
O, bildirib ki, hazırlanan bu tamaşa teatrın bir illik fəaliyyətində sayca üçüncü olacaq.
Fərqli quruluşa və estetikaya sahib olacaq səhnə əsərində 6-sı fiziki məhdudiyyətli olmaqla 8 aktyor iştirak edəcək.
Tamaşanın quruluşçu rejissoru teatrının bədii rəhbəri Nihad Qulamzadədir.
Qeyd edək ki, ƏSA Teatrı 2016-cı ilin sentyabr ayında müstəqil şəkildə təsis edilmişdir. Nəinki ölkəmizdə, öz fəaliyyətinə görə hətta dünyada da yeganə teatrdır. Qısa zamanda yaranmasına baxmayaraq teatr artıq iki fərqli tamaşa təqdim edib və xeyli sayda tamaşaçı sevgisi qazanıb.