Ərə getmək istəyən qızların nəzərinə!

Ərə getmək istəyən qızların nəzərinə!
11 noyabr 2014
# 17:21

Ərə getmək istəyirsənsə şəklin Facebookdan tutmuş digər sosial şəbəkələrdə olmamalıdır. Ümumiyyətlə internetə açıq-aşkar şəkildə girməməlisən. Kitab oxumasan da “Ərə getməyin 49 yolu” kitabını alıb oxumalısan. Sən şalvar, qısa ətək geyinə bilmərsən. Yalnız və yalnız uzun ətək geyinməlisən. 9-cu sinifdən çıxıb evdə oturmalısan. Yaxşı yemək bişirməyi öyrənməlisən. Ancaq müəllimə işləməlisən. Çoxlu qeybət qıran qız rəfiqələrin ola bilər, asla oğlan dostun ola bilməz. Namaz qılmasan da başını örtməlisən. Mütləq şəkildə qardaşın olmalıdır. Və atan... Qardaşına ”rəfiqəmgilə gedirəm” deyib oğlanlara görüşə bilərsən. Oğlanla ilk görüşdə “məni alassan?” sualını verməlisən. Evlilik verilişlərinə baxmalısan. Şəhərə tək çıxmamalısan. Yolda gülməməlisən. Saçını saraltmamalı, qısa kəsdirməməlisən. Ərə gedənə qədər qaş almamalısan. “Toy gecəsi”ndən xəbərin olmamalıdır. Sevgili nədir bilməməlisən. Cəmiyyət içində oğlanlarla danışmamalısan. Lakin atan və qardaşın işdə olanda, anan da günorta yuxusuna dalanda bir-iki mərtəbə aşağı düşüb oğlanla öpüşə bilərsən...

Çox təəssüf ki, bir çox azərbaycanlı oğlanı məhz belə qızı almağa üstünlük verir. Daxildə nələr etməyi maraqlı olmasa da əsas məsələ cəmiyyətin həmin qızı necə tanımasıdır. Tində-bucaqda min hoqqadan da çıxa bilər əsas odur ki, bütün aləm onu tərbiyəli qız kimi bilsin. Bu yetməzmiş kimi “yaxşı qız”lar üçün qadağan olanları yaşayan qızlar həmin oğlanlar üçün əxlaqsız olur... Bu dəyişməsi mümkün olmayan adətdir.

Və nəhayət ərə getmək istəyirsənsə “iylənmiş ər corabı”nı yumaq həsrəti ilə yanıb-tutuşmalısan...

# 3338 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
# # #