Orxan Aydın
Yataq otağında taxtın üstündə uzanıb mahnıya qulaq asa- asa sosial şəbəkələrdə patriotluq edirdim. Pəncərədən gələn güclü işıq məni fikirlərimdən ayırdı. Güclü bir partlayış səsi eşidildi və bir andaca hər şey alt-üst oldu. Ev baş-ayaq çevrildi, taxt qarışıq pataloka yapışdım sonrada əksinə döşəmiyə düşdüm. Birdən yadıma düşdü ki, xəbərlərdə günəşdə gedən partlayışlardan danışırdılar. Bu alov diyircəyində bu həftə 6 partlayış qeydə alınmışdı. Ürəyimə dammışdı ki, bu zibil partlayacaq. Bəs alov? Alov niyə bizi yandırmırdı?
Saniyələr keçdikcə havada çəkisizlik yaranırdı. Demək ki, partlayış dalğası bizim planeti kosmosun dərinliklərinə itələyirdi. Hər tərəf zülmət qaranlığa bürünmüşdü. Pəncərəni bir təhər tapıb çölə boylandım. Ətrafda çoxlu qışqırıq səsləri gəlirdi. İşıqları yanılı qalmış maşınlar göydə uçuşurdular. Pəncərəni açıb səmaya ucaldım. Getdikcə nəfəs almaq çətinləşirdi. Ürəyimdə insanlara qarşı nifrət hiss edirdim. Axı mən bunlara demişdim ki, bu günəşə etibar yoxdu. Demişdim ki, məişət problemlərini bir kənara atıb yeni planet tapmalıyıq. Günəşi daha cavan olan planet. Amma bunlar məni eşitmirdilər. Var-dövlət, hakimiyyət, din, torpaq, şan-şöhrət üstə bir-birini qırırdılar. Ürəyimdə deyinirdim ki, elə haqq olur sizə indi əbədi qaranlıqda qalarsız ağlınız başınıza gələr. Birdən telefonum yadıma düşdü. Cibimdən çıxarıb işığını yandırdım. Kosmosun boşluğunda telefonumdan çıxan işıq min kilometirlərlə uzağa yayılırdı. Amma hansı tərəfə tutdumsada planetimizi görə bilmədim. Hər yer zülmət qaranlıq idi.Yer bizi öz üstündən atmışdı. İnsanlar sanki kosmik gəmilər kimi üzü yuxarı uçuşurdular. Hamı əlində işiq eyni istiqamətə gedirdi. Sanki ulduzlar hamısı axırdı. Güclü bir cazibə bizi özünə çəkirdi. Get gedə hamı bir-birinə yaxınlaşırdı. Günəşin işığında bir-birilərini lənətləyən hindular, xiristiyanlar, müsəlmanlar hamısı indi bir-birindən yapışmışdılar. Görünür bu son anda başa düşmüşdülər ki, o dünya üçün yaşamaqdansa bu dünya üçün çalışmaq, planetimizin, reyal dünyamızın gələcəyini düşünmək, elmə, biliyə sarılmaq lazım idi.
Birdən ağlıma gəldi ki, bizi özünə çəkən qara dəlikdi. Bu qara dəliklər ulduzları belə özlərinə çəkib udurlar. Var gücümlə çabalıyıb qaçmaq istədim amma alınmırdı. İnsanlar mənə mane olurdular. Milyonlarla insan məni də özləriylə birlikdə itələyib qara dəliyin sonsuz qaranlığına yuvarlayırdılar və birdən zəngli saat səsi eşidildi. Gözlərimi açıb gördüm ki, taxta uzanmışam.Sən demə yuxu görürmüşəm. Lənətə gəlmiş yuxu o qədər reyal idi ki… Artıq günəşdə çıxmışdı, balkona çıxıb bu sarı topa baxdım və - “Biz insanları bu cəhalət yuxusundan ancaq sənin partlayış səsin ayılda bilər” dedim.
Bakı 2017