Kitab sərgisi

Dahi rejissorun "tərbiyəsiz" karikaturaları-18+

Dahi rejissorun "tərbiyəsiz" karikaturaları-<span style="color:red;">18+
12 noyabr 2014
# 14:52

Fellini rəsmləri haqda deyir: “Mənə elə gəlir ki, bütün ömrüm boyu qadınlardan film çəkmişəm. Hər şeyə görə onlara borcluyam.... Hər film üzərində işləməyə başlayanda əvvəlcə vaxtımın çox hissəsini masa arxasında keçirirəm, işim-gücüm yalnız dalğın halda qadın döşləri və arxası çəkmək olur. Bu, mənim filmə daxil olma, filmi bu arabesk rəsmlər vasitəsilə şifrəsini açmağa başlamaq metodumdur”.

Xatırladaq ki, Fellini rejissorluqdan əvvəl karikatura ilə məşğul olub. Romada studiya açaraq sifarişlərlə şarjlar ərsəyə gətirirdi. Rejissor ömrünün axırına kimi karikatura çəkdi. Əksər italyanlar kimi o da ətli- qanlı qadınları sevirdi. Onun rəsmlərinin böyük hissəsində nəhəng qadın arxası və sinəsi təsvir olunub: “Tanqo oynayan qadın”, “Fellininin iri döşlü çılpaq qadınla avtoşarj”, “Federiko və katibə” və s.

Fellini yazır: “Özümü xatırlayandan əlimə keçən vərəqdə həmişə nəsə qaralayıram. Bu, bir növ şərti refleks, sırf avtomatik məşğuliyyət, mənim əbədi maniyamdır”.

Komiks rəssamı Milo Manara xatırlayır: “70 illiyində Felliniyə bir qutu flomaster bağışladım, onun gözləri uşaq kimi parıldadı. O, heç vaxt rəsmlərinə ciddi münasibət bəsləmirdi. Anlamırdı ki, biz niyə ehtiramla onun restoranda salfetlələrə çəkdiyi rəsmləri saxlayırıq”.

# 2997 dəfə oxunub

Oxşar xəbərlər

“Simpsonlar”  20 il sonra qayıdır

“Simpsonlar” 20 il sonra qayıdır

10:17 2 oktyabr 2025
"Avatar: Od və kül"  filminin yeni treyleri yayımlandı

"Avatar: Od və kül" filminin yeni treyleri yayımlandı

17:05 1 oktyabr 2025
Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

11:00 1 oktyabr 2025
Xankəndidə “Zəfər zəngi”  filminin təqdimatı baş tutdu

Xankəndidə “Zəfər zəngi” filminin təqdimatı baş tutdu

11:52 27 sentyabr 2025
Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

Türkiyə-Azərbaycan türk film günlərinin qala gecəsi oldu

10:30 27 sentyabr 2025
Məşhur aktrisanın yeni filmi bəlli oldu

Məşhur aktrisanın yeni filmi bəlli oldu

13:35 26 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər