“Dəhliz” filminin tizeri nümayiş olunub

“Dəhliz” filminin tizeri nümayiş olunub
10 yanvar 2017
# 13:29

“Xocalı soyqırımının 25 illiyində ifadələr iddiaları məhv edir” ideyası əsasında çəkilən yeni “Dəhliz” filminin tizeri nümayiş olunub.

“Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən və dünyada böyük marağa səbəb olan, Xocalı faciəsinin ilk şahidi ukraynalı pilot Leonid Kravetsin soyqırımı barədə danışdıqları əsasında çəkilən “Cəhənnəmi Görmüş Pilot” sənədli filminin quruluşçu-rejissoru Elmar Məlikovun növbəti işi olan “Dəhliz”-in əsas məqsədi Xocalı qətliamının necə baş verdiyinin bu günə kimi qaranlıq qalan detallarını ictimailəşdirməkdir. Filmdə Ermənistan hakimiyyətinin guya Xocalıda soyqırımı törədilməməsi ilə bağlı irəli sürdüyü iddiaları tutarlı sübut və faktlarla darmadağın edilir.

Filmin müəllifi Elmar Məlikovun verdiyi xəbərə görə, CBC kanalının texniki dəstəyi ilə hazırlanan filmdə Azərbaycanın tanınmış jurnalistləri Ceyhun Əsgərov və Vüsalə Məmmədova da öz töhfələrini veriblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən qətliam zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.


# 2215 dəfə oxunub

Oxşar xəbərlər

"Snouden"in müəllifindən yeni film

"Snouden"in müəllifindən yeni film

10:40 26 may 2026
Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

Builki Kann Festivalının ən qalmaqallı filmi: "Fyord"

12:48 25 may 2026
"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

"Peaky Blinders" geri qayıdır: Tommi Şelbinin oğlunu o canlandıracaq

11:00 25 may 2026
Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

Məşhur rejissordan qadağa: "Ağıl oyunları"nın qəhrəmanı çəkilişə niyə buraxılmamışdı?

10:17 25 may 2026
"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

"Emili Parisdə" serialı son mövsümü yayımlanacaq

13:36 23 may 2026
Tom Hardi "MobLand" dan qovuldu

Tom Hardi "MobLand" dan qovuldu

12:04 23 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər