“Nar bağı” Avrasiya Festivalında

“Nar bağı” Avrasiya Festivalında
5 iyul 2017
# 16:55

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalına dəvət alıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan yeni ekran əsəri festivalın əsas müsabiqə proqramında yer alıb.

“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival iyulun 22-dən 28-dək Astanada keçiriləcək.

“Nar bağı” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir. Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar. /azertag.az/

# 2337 dəfə oxunub

Oxşar xəbərlər

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

16:00 7 oktyabr 2026
"Emmi"  televiziyada yayımlanmayacaq — 70 illik  ənənə sona çatdı

"Emmi" televiziyada yayımlanmayacaq — 70 illik ənənə sona çatdı

14:00 7 oktyabr 2026
"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

10:12 7 oktyabr 2026
"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

17:00 6 oktyabr 2026
Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər