Leonardo DiKaprio: “Həqiqi sənət insandan gəlir, süni intellektdən yox”

Leonardo DiKaprio: “Həqiqi sənət insandan gəlir, süni intellektdən yox”
6 yanvar 2026
# 14:30

Məşhur amerikalı aktyor Leonardo DiKaprio kino sənayesinin “böyük bir dəyişiklik” mərhələsində olduğunu bildirərək, kinonun gələcəyi ilə bağlı narahatlıqlarını bölüşüb.

Kulis.az xəbər verir ki, onun fikrincə, filmlər hələ də kino salonlarında, kollektiv şəkildə yaşanmalı bir təcrübə olaraq qalır və bu inanc bu gün əvvəlkindən daha vacibdir.

“Filmlər hələ də birlikdə, qaranlıq bir zalda təcrübə etmək üçün mövcuddur. Hazırda bu fikrə inanmaq hər zamankindən daha önəmlidir,” – deyə aktyor bu həftəsonu "Palm Springs" Beynəlxalq Film Festivalında əvvəlcədən yazılmış video müraciətində bildirib.

DiKaprio vurğulayıb ki, orijinal filmlər çəkmək və onları qorumaq getdikcə çətinləşir: “Bu, məzmun istehsalı deyil, kinodur. İnsanlar tərəfindən yaradılan və birlikdə yaşanmaq üçün nəzərdə tutulan hekayələr...”

DiKaprio tamaşaçıların hələ də kinoteatrlara maraq göstərib-göstərmədiyini sual edib və kinoların gələcəkdə “caz barları kimi, dar auditoriyaya xitab edən məkanlara” çevrilə biləcəyindən narahatlığını dilə gətirib.

Aktyor qeyd edib ki, kino sənayesi “başgicəlləndirici sürətlə” dəyişir: “Əvvəl sənədli filmlər kinoteatrlardan çəkildi. İndi dram filmləri qısa müddət nümayiş olunur və insanlar onları yayım platformalarında izləməyi gözləyir. Bunun hara gedəcəyini bilmirəm".

O, gələcək üçün ümidini isə belə ifadə edib: “Ümid edirəm ki, kinoda həqiqətən unikal işlər görə biləcək insanlar üçün hələ də imkanlar olacaq. Amma bunu zaman göstərəcək”.

Leonardo DiKaprio uzun müddətdir kinoda sənətkarlığın qorunması mövzusunda açıq mövqeyini ortaya qoyur. "Time" jurnalına verdiyi son müsahibədə isə filmlərdə süni intellektdən istifadəyə toxunub. O, süni intellektin “insani ruhdan məhrum” olduğunu və həqiqi sənət sayıla bilməyəcəyini deyib.

“Bu texnologiya gənc bir rejissor üçün inkişaf vasitəsi ola bilər, amma məncə, həqiqi mənada sənət adlanacaq hər şey insandan gəlməlidir" - deyə aktyor bildirib.

# 1422 dəfə oxunub

Oxşar xəbərlər

"Oskar" tarixində ilk:  Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

"Oskar" tarixində ilk: Oliviya Uayld yeni rekorda imza atmağa hazırlaşır

16:45 10 oktyabr 2026
"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır:  "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

"Netfliks"in qalmaqallı serialı üçüncü mövsümlə qayıdır: "Ovçu qadınlar"da oyun qaydaları dəyişir

13:30 8 oktyabr 2026
"Disney+"dan Asiya bazarına böyük hücum:  Qlobal layihələr, animelər və iddialı planlar

"Disney+"dan Asiya bazarına böyük hücum: Qlobal layihələr, animelər və iddialı planlar

13:00 8 oktyabr 2026
"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

"Sosial hesablama" niyə "Sosial şəbəkə"nin kölgəsində qaldı?

12:30 8 oktyabr 2026
Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

Məşhur aktyor "ChatGPT"dən imtina etdi - Səbəb

11:40 8 oktyabr 2026
Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər