Cəfər Pənahi 15 ildən sonra Kannda

Cəfər Pənahi 15 ildən sonra Kannda
20 may 2025
# 12:22

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edəcək.

Kulis.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Rejissorun sərt və sosial məzmunlu filmləri hökumət tərəfindən təxribat xarakterli hesab edildiyindən, Pənahi 2009-cu ildən bu yana dəfələrlə həbs olunub və ona film çəkmək qadağan edilib.

Bununla belə, Pənahi bu il Kann festivalında əsas mükafat uğrunda yarışan yeni filmi — “Bu, sadəcə bir qəza idi” ilə çıxış edəcək. O bildirib ki, bu filmdə ədalətsizliyi göstərmək üçün yumordan istifadə edib. Rejissor əlavə edib ki, həbsxanada keçirdiyi vaxt bu hekayəni daha da zənginləşdirməsinə kömək edib.

Adının açıqlanmasını istəməyən rejissora yaxın bir mənbənin verdiyi məlumata görə, film gizli şəkildə çəkilib və dövlət tərəfindən maliyyələşdirilməyib.

APA

# 143 dəfə oxunub

Oxşar xəbərlər

Nolandan bir ilk: Bunu da etdi

Nolandan bir ilk: Bunu da etdi

13:06 20 may 2025
“Azərbaycanlıların deportasiyası" filmi təqdim edildi

“Azərbaycanlıların deportasiyası" filmi təqdim edildi

12:53 20 may 2025
Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı

Məşhurların evliliklərinə son qoyan filmlər - Siyahı

11:00 17 may 2025
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

16:00 16 may 2025
ARKA bu suala cavab verməlidir:  56 min manat kimlərə və necə paylanıb?

ARKA bu suala cavab verməlidir: 56 min manat kimlərə və necə paylanıb?

18:40 15 may 2025
"Selvi boylum al yazmalım"ın ssenaristi vəfat etdi

"Selvi boylum al yazmalım"ın ssenaristi vəfat etdi

15:49 15 may 2025
#
#
# # #