Məhkəməyə verilən şair: "Yazını sildirməli, 5000 manat ödəməliyəm"

Məhkəməyə verilən şair:  "Yazını sildirməli, 5000 manat ödəməliyəm"
20 may 2025
# 18:43

"Hətta Laçın şəhərində də mədəniyyət xadimləri üçün ev tikilir. O siyahıda belə adım yoxdur. Bildiriblər ki, İlham Qəhərman ev alıb. Bu da mənim şəxsi nüfuzuma zərbədir..."

Kulis.az bu sözləri şair İlham Qəhrəman deyib.


"Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan vuran, onların şərəf və ləyaqətini alçaldan yazı" ittihamı ilə məhkəməyə verilən şairin sözlərinə görə, qərara əsasən, o 5000 manat ödəməldir:

"Yazıçılar Birliyinin ictimai nüfuzuna ziyan dəydiyinə, onların şərəf və ləyaqətini alçatdığım üçün mən saytlardan yazıları sildirməli, üzürxahlıq etməli, eyni zamanda, 5000 manat təzminat ödəməliyəm. Mənim yazımdan yeddi fraqment iddia çıxardıblar. Həmin yeddi fraqmentdən Rəşad Məcidin, Anarın müşaviri Raufun və dörd fraqment də Anarın özünün şərəf və ləyaqətinin alçaldılması bölməsi var. Mayın 15-də - ikinci məhkəmədən sonra məlum oldu ki, bu yeddi fraqmentdən, sadəcə, dördü qalıb. Rəşad Məcid və Rauf iddialarını geri götürüb. Amma geri götürdükləri qeyd olunmayıb. Vəkil bildirdi ki, İlham Qəhrəman bu dörd iddia üzrə 5000 manat, məhkəməyə isə 100 manat ödəsin və üzr istəsin. İkinci məhkəmədə qarşı tərəfdə heç kəs iştirak etmədi. Burada iştirak vacib deyildi."

İlham Qəhrəman qeyd edib ki, AYB-nin nəzərdə tutduğu evin sənədləri ona verilməyib:

"Anar müsahibəsində bildirib ki, İlham Qəhrəman AYB-dən bir dəfə ev alıb. Mən də teleqram yazdım ki, xahiş edirəm, mənə verilən evin sənədləri rəsmi qaydada özümə verilsin. 2005-ci ildən ev növbəsinə durmuşam. Və həmin müddətdən sonra AYB-dən verilən bütün evlərin siyahısını tələb edirəm. Eyni zamanda 2014-cü ildə dörd nəfərə verilən o evin də siyahısını tələb edirəm. O vaxt bizə mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 25.000 pul verildi. Siyahıda da mən, Xanəmir, Dəyanət və Qəşəm Nəcəfzadə olmuşuq. 22 martda məktubu göndərmişəm və mənə cavab gəlib ki, sizin məktubunuz ünvana çatdırılıb, amma məktubu özünə heç bir cavab verilmədi. Əgər ev almışamsa, gətirsin, sənədlərimi versin..."

Qeyd edək ki, növbəti məhkəmə prosesi mayın 30-da keçiriləcək.

# 8649 dəfə oxunub

Oxşar xəbərlər

"Hər birimizin içində  bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

"Hər birimizin içində bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

17:50 19 avqust 2026
“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

16:50 19 avqust 2026
“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

16:00 19 avqust 2026
Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

15:30 19 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

14:40 19 avqust 2026
Lorkanın itmiş əsərləri tapıldı

Lorkanın itmiş əsərləri tapıldı

14:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər