Nizami Cəfərov: "Bu sözlərdən imtina edə bilmərik" - Açıqlama

Nizami Cəfərov, akademik

Nizami Cəfərov, akademik

19 may 2025
# 18:47

"Biz gərək dilimizdə, xüsusən də, danışıqda təsadüfən işlədilən rus sözlərini - məsələn, “vopşe”, “tak çto”, “znaçit” kimi - lüğətə daxil edək".

Akademik Nizami Cəfərovun bir neçə gün əvvəl verdiyi müsahibəsində səsləndirdiyi bu fikirlər müzakirələrə səbəb olub. Bəzi adamlar akademikə haq vesələr də, bəziləri bu sözlərin lüğətimizə daxil edilməsinin dilimizi aşındıracağını düşünür.

Məsələ ilə bağlı Kulis.az-a açıqlama verən akademikin dediyinə görə, söhbət bu sözlərin lüğətimizə daxil edilməsindən getmir:

“Vopşe”, “znaçit”, “tak çto” kimi sözlərin dilimizə daxil olmasından söhbət getmir. Bu sözlər də daxil olmaqla onlarla söz bizim yazılı dilimizə yox, şifahi dilimizə daxil olub. Onillərdir ki, bu sözlər dilimizdə işlənir; təkcə Bakı, Gəncə kimi mərkəzi şəhərlərimizdə yox, hətta kəndlərimizdə də. Cəmiyyətin ən müxtəlif təbəqələrindən olan insanlar bu sözləri işlədir. Bu sözlər istər-istəməz bizim danışıq dilimizin faktıdır. Mən də Süni İntellektlə bağlı söhbətlərimdə demişəm ki, bu sözlərdən imtina etmək olmaz".

Nizami Cəfərov danışıq dilimizdə işlənən rus sözlərinin lüğətinin hazırlanmalı olduğunu qeyd edib:

"Bu sözlərin də olduğu ayrıca lüğət hazırlamaq lazımdır. Bu, Orfoqrafiya, Orfoepiya, Terminologiya lüğəti yox, danışıq dilimizdə işlənən rus sözlərinin lüğəti olmalıdır. Bu lüğət bizim ümumi leksikonumuza da daxildir. Burda söhbət Azərbaycanın, azərbaycanlıların lüğət tərkibindən gedir. Hesablamarımıza görə, bu rəqəm yarım milyondan çoxdur. O sözlər də ora daxil edilməlidir. Nəhəng elektron lüğət hazırlanmalıdır. Burda söhbət ondan getmir ki, “vopşe”, “znaçit”, “tak çto” kimi sözlər Orfoqrafiya lüğətimizə daxil edilsin. Bu sözlər bizim danışıq dilimizin üzvi tərkib hissəsidir. Gələcəkdə bu sözlər dilimizdən çıxacaq, qalacaq, bu, ayrı söhbətin mövzusudur, ancaq hazırda biz bu sözlərdən bir əsrdən çoxdur ki, istifadə edirik. Bu sözlərdən imtina edə bilmərik. Bu sözlər vaxtilə bizim yazı dilimizdə də olub. “Naçalnik, “uçasqovı” kimi sözlər hətta bizim şairlərimizin dilində işlənib. Qasım bəy Zakir, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə bu sözləri işlədib mətnlərində. Sonradan yazılı dildən çıxsa da, şifahi dildə qalıb. Söhbət bu faktın qeydiyyata alınmasından gedir. Bir universal lüğət tərtib olunmalıdır: o lüğətdə bizim danışıq dilimizdə, loru dilində işlədilən sözlərə yer verilməlidir. Həmçinin də “vopşe”, “znaçit”, “tak çto”, “remont” kimi sözlərə. Adətən, bu lüğətlər çap olunmur. Elektron varianta hazırlanır və elmi tədqiqatlar zamanı istifadə olunur. Bu, həmçinin bizim beynimizin tutumunu göstərir".

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Van Qoqun  60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

Van Qoqun 60 ildir təqdim olunmayan tablosu hərraca çıxarılacaq

18:30 13 oktyabr 2026
Türkiyənin məşhur  musiqi qrupu qlobal dinlənmə siyahılarında

Türkiyənin məşhur musiqi qrupu qlobal dinlənmə siyahılarında

18:00 13 oktyabr 2026
Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

Böyük Qayıdışın yeni səsi: doğma yurdda ilk incəsənət dərsləri

17:32 13 oktyabr 2026
"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

"Təxəyyül dəli bir kirayənişindir..." - Fransız filosofdan sitatlar

17:00 13 oktyabr 2026
Tanınmış əruzşünas alim vəfat etdi

Tanınmış əruzşünas alim vəfat etdi

16:47 13 oktyabr 2026
Prezidentin yer aldığı film-həyat – “44”

Prezidentin yer aldığı film-həyat – “44”

16:30 13 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər