Namus qurbanı Mərziyə haqqında - Ömər Xəyyam

Namus qurbanı Mərziyə haqqında - Ömər Xəyyam
16 avqust 2023
# 12:00

Kulis.az Ömər Xəyyamın "Üç üz" filmi haqqında "Duzlanmış arzu" adlı yeni yazısını təqdim edir.

Müasir İran kinematoqrafiyasının görkəmli nümayəndələrindən biri, azərbaycanlı kinorejissor, siyasi baxışlarına görə 2011-ci ildə 6 illik həbs cəzasına, 20 illik film çəkmək qadağasına məhkum edilmiş, fəqət bu həbs müddətində 4 film çəkmiş Cəfər Pənahinin 2018-də çəkdiyi, 71-ci Kann kinofestivalının qalibi (ən yaxşı ssenariyə görə) “Üç üz” filmi islam inqilabından öncə məşhur olan aktrisa Şəhrzadın, müasir İran kinosunun “ulduz”u Behnaz Cəfərinin və onların davamçısı olmağa iddialı gənc qız Mərziyənin – yəni üç üzün, üç qadının hekayəsi fonunda İrandakı sosial-ictimai, iqtisadi-siyasi vəziyyət haqqındadır.

İranın dünəni, bu günü və sabahı...

Film yaradıcı ehtirasına görə qınanılan, qısnanılan Mərziyənin intiharı ilə başlayır.

İntihardan öncə danışdıqlarını və intihar anını telefonuyla çəkən Mərziyə rəfiqəsinə vəsiyət edir ki, haman videonu məşhur aktrisa Behnaz Cəfəriyə göndərsin.

Behnaz və Cəfər Pənahi uzaq dağ kəndindən göndərilmiş videonun izi ilə İranın şimal-qərbindəki Saran adlı bir kəndə gəlirlər.

Saran kəndinin əhalisi Azərbaycan türkləridir.
Mərziyə üç gündür ki, yoxdur, fəqət ailəsi qızın təhlükəsizliyindən çox, ailənin namusundan narahatdır.

Günlər keçdikcə, cavablar tapıldıqca, “Üç üz” siyasi çalarlı avantüra hekayəsinə çevrilməyə başlayır.

Məzəli, əyləncəli hadisələr bir-birini əvəzləyir.

Məlum olur ki, Mərziyə intihar etməyib.

Onun intihar videosu tamamilə qrmaca imiş.

Qız istəyir ki, məşhur aktrisa onu ailəsinin – adət-ənənənin, mentalitetin əlindən alsın, özüylə şəhərə aparsın.

Kənddəki ab-hava, qaydalar, ənənələr Mərziyəyə haqq qazandırır.

Rejissor Cəfər Pənahi İrandakı idarəetmə sisteminin yaradıcı qadağalarına yaşlı kəndlinin arzusuyla “ekzotik göz vurur”.

Belə ki, otuz səkkiz ildən sonra oğlu olmuş yaşlı kəndli inanır ki, oğlunun sünnət dərisini tutalım, hansısa universitetin həyətində basdırsa, oğlu oxuyacaq, uğurlu adam olacaq.

Fəqət illərdir duzlayıb saxladığı sünnət dərisini ucqar kənddə nə basdırmağa uyğun yer tapır, nə də uğurlu bir adam ki, təhvil versin.

Təsadüfən kəndə gələn məşhur rejisssor, məşhur aktrisa onun arzusu üçün nəfəsliyə çevrilir.

O, qumaşa bükülü duzlanmış sünnət dərisini aktrisaya verir və xahiş edir ki, onu ən sevdiyi aktyor Bəhruz Vusukiyə çatdırsın. (qeyd edim ki, Bəhruz Vusuki bir müddət Ququşla evli olub, azərbaycanlıdır və hazırda Kaliforniyada yaşayır)

Aktrisa deyir ki, bəs Bəhruz Vusuki hazırda ölkədə deyil.

Yaşlı kəndli məyus olur, xahiş edir ki, heç olmasa, sünnət dərisini rejissor Cəfər Pənahiyə versin, ağayi Cəfər də Bəhruz bəy dönüncə duzlanmış “arzusunu” ona çatdırsın.

Qadağalara eyham aktrisanın cavabındadır: “Təəssüf ki, Cəfər Pənahiyə ölkədən çıxmağa, Bəhruz Vusukiyə isə ölkəyə daxil olmağa icazə vermirlər...”

1 saat 40 dəqiqəlik “3 üz” filmində dialoqlar fars və Azərbaycan dilindədir.

# 5378 dəfə oxunub

Oxşar xəbərlər

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

"O, təkcə metal açarı yox, öz mənəvi açarını da itiribmiş” - Hekayə müzakirəsi

12:46 4 noyabr 2026
Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

Onlar çox yaşamadılar, amma ədəbiyyatı dəyişdilər – Gənc yaşda vəfat edən 10 şair

15:00 3 noyabr 2026
Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

Fiksiya həyatda qalma forması kimi - Silvia Goteanschi

11:00 3 noyabr 2026
Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

Riyazi mənzərələr - Vüqar Vanın yeni hekayəsi

10:00 3 noyabr 2026
"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

"Arxada qalan onilliklər artıq sənin deyil..." - Məşhur "Time" necə yarandı?

13:00 1 noyabr 2026
Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar -  Tadeuş Makovskiyin məşhur əsəri

Darıxdırıcı axşamlarda purosunu tüstülədən taxta adamlar - Tadeuş Makovskiyin məşhur əsəri

12:00 1 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər