Şairlərimizin kitabları Türkiyə türkcəsində

Şairlərimizin kitabları Türkiyə türkcəsində
20 may 2025
# 16:00

Türkiyənin Amasya vilayətində davam edən 8-ci Merzifon Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “İskəndərnamə” və Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərləri Türkiyə türkcəsində nəşr edilib.

Kulis.az xəbər verir ki, tədbirdə sərgi ziyarətçiləri, ədəbiyyatsevərlər və məktəblilər iştirak ediblər.

Toplantının moderatoru AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova Azərbaycan ədəbiyyatında hər iki şairin yaradıcılığı, zəngin irsi, əsərlərinin başlıca ideyaları barədə çıxış edib.

Çıxışçılar əsərin Türkiyə türkcəsinə tərcümə edilməsinin əhəmiyyətli olduğunu, gələcəkdə onun Türkiyədə teatrlarında səhnələşdirilməsinə yol açacağını bildiriblər.

Qeyd edək ki, Nizami Gəncəvi və Bəxtiyar Vahabzadənin əsərlərindən səsləndirən bədii parçalar iştirakçılar tərəfindən maraqla qarşılanıb.

# 1798 dəfə oxunub

Oxşar xəbərlər

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

Görkəmli yazıçıya həsr olunmuş sərgi keçiriləcək

16:30 7 oktyabr 2026
AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

AXC-nin diplomatı niyə Azərbaycana qayıtmağa qorxurdu? – Cavad xanın nəvəsinin taleyi

16:00 7 oktyabr 2026
Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

Türkiyədə kinofestival keçiriləcək - Tanınmış rejissorların iştirakı ilə

15:30 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər