Direktor: ""Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür"

Direktor:  ""Vopşe", "tak çto", "znaçit" kimi sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür"
20 may 2025
# 16:40

Dilin öz normaları, öz qaydaları var və Orfoqrafiya lüğəti də bu qaydalar əsasında hazırlanır.

Kulis.az xəbər verir ki, bu sözləri APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun baş direktoru Nadir Məmmədli akademik Nizami Cəfərovun fikirlərinə münasibət bildirərkən deyib.

Nadir Məmmədlinin sözlərinə görə, akademik Nizami Cəfərov təklif etdiyi sözlərin Orfoqrafiya lüğətinə salınmasını nəzərdə tutmayıb:

“Ola bilsin ki, onun fikirləri təhrif edilib, kontekstdən çıxarılıb, bəlkə də akademik həmin sözlər üçün ayrı bir lüğətin yaradılmasını təklif edib. Biz də bu təkliflə razılaşıb Nizami Cəfərovla həmin lüğətin tətbiqində əməkdaşlıq edə bilərik. Hazırda yeni Orfoqrafiya lüğəti hazırlanır. Ancaq həmin sözlərin lüğətə əlavə edilməsi mümkünsüzdür”.

Qeyd edək ki, akademik Nizami Cəfərov mediaya açıqlamasında deyib ki, "Vopşe", "tak çto", "znaçit" kimi sözləri lüğətimizə daxil etməliyik.

# 2048 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

Məşhur yazıçının romanı ekranlaşdırılacaq

11:20 8 oktyabr 2026
"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

"Netflix"dən yeni layihə - Ortuelya faciəsi haqqında

10:40 8 oktyabr 2026
"Cyrille Gassiline"  brendinin təsisçisi vəfat etdi

"Cyrille Gassiline" brendinin təsisçisi vəfat etdi

10:20 8 oktyabr 2026
Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri”  təqdim edildi

Şirməmməd Hüseynovun “İstiqlal söhbətləri” təqdim edildi

18:30 7 oktyabr 2026
80-ci illərin məşhur soul ulduzu vəfat etdi

80-ci illərin məşhur soul ulduzu vəfat etdi

17:30 7 oktyabr 2026
Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

Payız-qış moda kolleksiyası mədrəsədə nümayiş olundu

17:00 7 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər