Azərbaycanlı rejissorun film layihəsi Linz Film Talant Akademiyasına seçildi

Azərbaycanlı rejissorun film layihəsi Linz Film Talant Akademiyasına seçildi
10 sentyabr 2025
# 16:20

Ssenarist və rejissor Nurlan Həsənlinin inkişaf mərhələsində olan “Yaşıl çəmən” adlı yeni qısa film layihəsi Avstriyada keçirilən Linz Film Talant Akademiyasının inkişaf proqramına seçilib.

Kulis.az xəbər verir ki, filmin prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn, Əli İsa Cabbarovdur.

“Linz Film Talent Academy” gənc kino mütəxəssislərini dəstəkləmək məqsədilə yaradılıb.

Qurumun əsas məqsədi güclü bədii baxışa malik qısa və debüt tammetrajlı film layihələrinin inkişafına töhfə vermək, onları beynəlxalq kino industriyasına təqdim etməkdir. Proqrama seçilən iştirakçılar üçün xüsusi ustad dərsləri, mentorluq, beynəlxalq peşəkarlarla görüşlər təşkil olunur. Daha sonra layihələr Linz Film Festivalı çərçivəsində pitçinq müsabiqəsində iştirak edir. Proqramın ən mühüm mərhələlərindən biri də Kann Film Festivalında 4 günlük rezidensiyada iştirak etmək imkanıdır.

Qeyd edək ki, müəllifin proqramda iştirak xərcləri Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən qarşılanıb.

# 1531 dəfə oxunub

Oxşar xəbərlər

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

Osvensimdə yəhudi qadınlar üzərində aparılan qəddar təcrübələr "Blok 10"da

10:00 5 noyabr 2026
Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

Vətən müharibəsi şəhidinin ömür yolu “İsmayıl məqamı”nda

09:30 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər