Tarantinodan şok açıqlama: “Mən rejissor deyiləm!”

Tarantinodan şok açıqlama: “Mən rejissor deyiləm!”
3 iyun 2020
# 14:01

Məşhur rejissor Kventin Tarantino Fransada nəşr olunan "Premyera" jurnalına müsahibəsində müasir film tənqidinin səviyyəsindən çox narazı olduğunu bildirib.

Onun fikrincə indiki tənqidçilərin nəzəri bilikləri yoxdur, zəif yazırlar və filmləri kifayət qədər dərindən təhlil etmirlər.

Tarantino həmçinin son filmindən sonra rejissorluq sənətindən uzaqlaşdığını və artıq yazıçı kimi fəaliyyət göstərəcəyini də açıqlayıb.

"Planımda çəkmək istədiyim bir film olsa da mən artıq rejissor deyiləm, yazıçıyam. Bir rejissor kimi gələcək karyeram barədə düşünmürəm, özümü daha çox bir yazıçı olaraq görürəm. Pyeslər, romanlar, eləcə də kino haqqında kitablar yazmaq istəyirəm. Kinodan ayrıldıqdan sonra başqalarının işlərini daha sərbəst müzakirə edə bilərəm".

Rejissor əmindir ki, indiki vəziyyətdə yazıçıların inkişafı üçün çox şey var.

"Mən Polin Keyl, Endryu Sarris kimi mütəxəssislərin yazdığı tənqidləri oxuyaraq böyüdüm. Vaxt var idi ki, filmlər haqqına yazı yazarkən tənqidçilər ifadə qurmaq, kino terminlərindən istifadə etmək üçün bir redaksiyada işləməli olurdular. Bugünkü vəziyyət isə daha demokratikdir. İndi bu cür tələblər artıq məcburi deyil və az qala cəfəngiyat hesab olunur. İndi mətnlərini internetə yerləşdirən və ya podkast yazan insanların çoxu sadəcə həvəskarlardır. Onlar mətnin nəzəriyyəsinə, təhlilinə və keyfiyyətinə kifayət qədər əhəmiyyət vermirlər"

Müasirlərindən rejissor “New York Times” qəzetinin aparıcı film tənqidçisi Manola Dargisin üslubunu yüksək qiymətləndirdiyini bildirib.

# 3915 dəfə oxunub

Oxşar xəbərlər

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

American Horror Story"nin 13-cü mövsümünün yayım tarixi açıqlandı

16:00 11 iyul 2026
Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

Pelenin göz yaşları və xuliqanların qaranlıq dünyası - Ən yaxşı 5 futbol filmi

15:00 10 iyul 2026
Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

Məşhur rejissordan səs-küylü "Dante kodeksi" açıqlaması

17:40 9 iyul 2026
2026-cı il "Emmi" namizədləri bəlli oldu

2026-cı il "Emmi" namizədləri bəlli oldu

13:20 9 iyul 2026
Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

Hollivudda süni intellekt qalmaqalı - Saxta "aktrisa" baş rola çəkilir

18:03 8 iyul 2026
Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

Maskdan Nolana: "O, "Oskar"almaq üçün sürünən bir soxulcandır"

15:20 8 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər