Alen Delon və Romi Şnayderin sevgi hekayəti
16 iyul 2011
14:00
“Onda həmişə iki insan yaşayırdı: zərif, müdafiəsiz qadın və ikrah hissi doğuran ədəbli alman frausu. Birinciyə mən pərəstiş, ikinciyə isə nifrət edirdim”.
Alen Delon Romi Şnayder haqda
Qəssab oğlu
Delonu qəssab olan ögey atası tərbiyə etmiş, ona bıçaq və balta ilə sərbəst davranmağı öyrətmişdi. Sonra Alen əsgər getdi, Vyetnamda döyüşdü. O, aktyor təhsili almasa da, kamera ilk dəqiqədən yaraşıqlı Aleni sevdi. Amma buna rəğmən “Kristina” filmində hər şey onun istədiyi kimi getmirdi. Alendə heç nə alınmırdı. Çünki filmin romantik əhvalı ona tamamilə yabançı idi.
Filmin çəkilişləri zamanı Alenə baş rolun xüsusi olaraq Avstriya-alman aktrisası Romi Şnayder - Rozmari Maqdalena Albax Retti üçün yazıldığı deyildi.
Mavi qan
Ana və qız – hər biri öz zamanında oynadıqları kraliça Kristina rolundan sonra “ulduz”a çevrildilər.
Məşhur aktrisa Maqda Şnayderin qızının 20 yaşı vardı. İmperatriçə Sisi rolundan sonra Avstriya və Almaniyada tanınan Romi daha ciddi rollar oynamaq istəyirdi. Nəhayət, o, çəkilişləri Fransada baş tutan sanballı filmə dəvət edildi.
Maqda Şnayder qızı ilə birlikdə Fransaya uçdu. Romi onsuz bir müqaviləni belə imzalamırdı. O həm də qızını vaxtilə özünün etdiyi səhvlərdən qorumaq istəyirdi. Çox gənc ikən Maqda qadın düşkünü olan aktyor Volf Almax Rettiyə vurulmuşdu. Volf aristokrat kökü ilə fəxr edirdi və yalnız zövq almaq üçün yaşayırdı. Ona görə Romi doğulanda Volf ailəsini tərk etmişdi.
Savaşın başlanması
“Kristina” filminin çəkilişləri zamanı Alenlə Romi arasında əsl müharibə başladı.
Prodüser Alenin əlinə gül dəstəsi verərək bar rolu oynayacaq Romini qarşılamaq ücün hava limanına yollamışdı. Romi və Alen bir-birini görüncə yalnız növbətçi təbəssümlə kifayətləndilər.
Çəkilişə kimi onlar ünsiyyət qurmadılar. Üstəlik Romi fransızca bilmirdi. Çəkiliş zamanı da onların münasibəti yaxşılaşmadı. Romi həmişə öz roluna əla hazırlaşırdı, Alen isə yox. Romi çəkiliş meydanına vaxtında gəlirdi, Alen isə geçikirdi. Alen diqqət mərkəzində idi, Romini isə burda heç kəs tanımırdı.
Jurnalistlərin “Siz necə dil tapa bildiz” sualına Romi belə cavab vermişdi: “Çətinliklə. Aramızda həmişə müharibə gedirdi. Almaniyada işə belə münasibətə dözməzdilər”.
Çəkilişlərin ortasında onları Brüsselə “Kino bayramı” tədbirinə göndərdilər. Qatarla yol gedən aktyorların söhbəti flirtə çevrildi. Bu müddətdə Romi fransızcanı pis mənimsəməmişdi.
Həmin vaxt Rominin ailəsi Belçikada idi. Onlar Rominin bu “plebey”lə maraqlandığını duyurlar. Aleni özlərinə yaraşdırmayan ailə Romini ondan uzaqlaşdırmağa çalışa da, heç nə alınmadı.
Sonsuz səfərlər, ayrılıqlar, rəqabət
“Kristina” filminin çəkilişlərindən sonra onların eşq məcarası artıq hamıya bəlli idi. Romi Parisə Alenlə yaşamağa gedəndə ailəsi aktrisadan təcili olaraq münasibətləri rəsmiləşdirməyi tələb etdi. Alen Rominin valideynlərinə tezliklə kilsədə nişanlamağa söz verdi.
Romi İsveçrəyə ailəsinin yanına istirahətə gedəndə onu hansı sürprizin gözlədiyini bilmirdi. Orda gözlənilmədən Alen peyda olur. Sonra isə qonaqlar və mətbuat nümayəndələri təşrif buyurur. Alen belə ziyafətlərə dözümsüz idi. Onu hər şey qıcıqlandırırdı: süfrənin hazırlanmasından tutmuş nişanlama mərasiminə kimi. Onun “Bu maskarad nəyə gərəkdir” sualına Romi cavab tapa bilmirdi.
Sonra isə onların münasibətlərində sonsuz səfərlər, ayrılıqlar, rəqabət, ünsiyyətsizlik başladı. Sadə olmayan ittifaq mübahisələrlə müşayiət olunurdu.
Alen sonralar deyəcəkdi: “Rominin mənsub olduğu sinfə mən nifrət edirdim, qısa müddətdə onu 20 il təlqin edilmiş vərdişlərdən və inanclardan necə xilas edə bilərdim”.
Onların sevgi hekayətini mətbuat gözəl şahzadənin və xuliqanın romanına bənzədirdi. Bir-brinə can atsalar da, birgə necə yaşamalı olduqlarını bilmirdilər.
Qara qızılgüllər
Onların romanı 5 il sürdü.
1963-cü ilin əvvəlində Romi Hollivudda filmə çəkilirdi və sevgilisini orda gözləyirdi. Amma Alen onun gözlərini yolda qoydu. Romi Parisə qayıdanda onu hava limanında kimsə qarşılamadı. Ev boş və soyuq idi. Masada qara qızılgüllər vardı. Onun yanında isə məktub: “Biz heç cürə görüşə bilmirik və yalnız hava limanlarında qarşılaşırıq. Peşəmiz bizi ayrılıqdan qaçmaq üçün bütün imkanlardan məhrum edir. Azadlığını sənə qaytarıram və özümə sənin ürəyini saxlayıram”.
Ayrılıqdan sonrakı həyat
Bir dəfə A.Delondan “siz köhnə filmlərinizə baxmağı sevirsiznimi” sualnı verəndə aktyor “sevmirəm” cavabını vermişdi: “Tərəf müqabillərimin çoxunun ölməsi fikri qəlbimi ağrıdır. Onlar əbədi olaraq kinolentdə yaşasalar da, fiziki yoxluqları ruhumu yaralayır. Mən “Hovuz” filmini izləyə bilmirəm. Çünki Romi yanımda deyil. O tez-tez xatirələrimin qonağı olur”.
Alen və Romi 6 il sonra qarşılaşdılar. “Hovuz” detektiv filmində çəkilmək üçün. Onlar bu filmdə sanki öz sevgi hekayətini yenidən yaşadılar.
Bu müddtədə Romi 12 illik ailəsini ona görə tərk edən dramaturq, yazıçı Harri Meyenlə ailə qurmuşdu və onlarln David adlı oğlu vardı. Alen isə arvadı Natalidən yeni boşanmışdı və bu nikahdan onun Antoni adlı oğlu doğulmuşdu.
Kənardan Rominin ayrılığı asan keçirdiyi görünürdü. Alenlə ayrılıqdan sonra intihara cəhd edən Rominin həyatı özü ilə mübaziədə keçirdi. Harri ilə evlənəndən sonra o özünü bütün sarsıntıların geridə qaldığına inandırmağa çalışırdı. Romi fasiləsiz çalışır, şəxsi həyatı isə xoşbəxt olmaq ümidi uğrunda mübarizəyə bənzəyirdi.
Alen isə hələ də nikahın məsuliyyətindən qorxur və eşq macərasının sonu gələndə aradan əkilirdi.
O sevgilisi Mirey Darka birbaşa 18 yaşlı ətir satıcısı Katrin Bleyniyə vuruluduğunu dedi. İki il sonra isə o Katrini tərk etdi və Rozali van Bremenlə eşq hekayətinə başladı. Rozali isə gözlənilmədən Aleni təkr edərək onu şok vəziyytinə saldı.
Alen və Romi bir də “Trotskinin qətli” filmində rastlaşdılar. Romini bu filmə Alenin xahişi ilə dəvət etmişdilər.
Aktrisaya kiçik bir rol verdilər. Keçmiş sevgililər premyerada görüşdülər və bir daha onların yolu kəsişmədi.
İntihar, içki, 3 qutu siqaret
Rominin həyatında elə bir məqam yetişdi ki, o artıq müsahibə vermir, sirli qalmağa çalışır, hətta “Qadın və kişi” “Parsidə son tanqo” kimi məşhur filmlərə çəkilməkdən imtina edir. Romi ona pərəstiş edən ərindən boşanır. “Playboy” jurnalı üçün çılpaq şəkillər çəkdirir və bu addımı ilə “qlamur etiketi”ndən qopmaq istəyir. 1979-cu ildə Harri Berlindəki mənzilində intihar edir və bütün qəzetlər buna görə Romini günahlandırır. Üç il sonra isə oğlu David faciəli şəkildə həlak olur. Bu faciələrdən sonra Romi içkiyə qurşandı. O, bir gündə üç qutu siqaret çəkirdi.
Son məktub
1982-ci ildə qəzetlərdə Romi Şnayderin intihar etməsi barədə xəbərlər dərc olundu. Amma sonra onun ürək çatımazlğlından ölməsi bəlli oldu.
Həmin vaxt qəzetlərdə Alen Delonun sevgilisinə məktubu yayımlandı: “Sən deyirdin ki, həyatdan heç nə anlamırsan, amma kinoda hər şeyi bacarırsan. Amma aktyor nə qədər böyük uğur əldə edirsə, bir o qədər bədbəxtdir. Qreta Qarbonun, Merilin Monronun, Rita Heyyordun taleyi buna sübut deyilmi? Və sənin... bu qadın üçün dəhşətli peşədir. Mən bunu səni hamıdan yaxşı tanıyan və anlayan bir kişi və aktryor kimi deyirəm. Kimsə sənin mif olduğunu deyə bilər. Amma bu mif evə gəlirdi və mənim Romimə çevrilirdi. O qadına ki həyatını anlamırdılar, haqqında səfeh şeylər yazırdılar, mühakimə və təqib edirdilər. Belə mif özünün yalnızlığında tez əldən düşür. Və zavallı ürək yorulduğu üçün dayanır”.
Sevda Sultanova

1661 dəfə oxunub
Oxşar xəbərlər
"Titanik"in aktyorları illər sonra bir arada
10:40
21 noyabr 2024
Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"
09:55
21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda
09:30
21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu
09:12
21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?
09:00
21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü
16:24
20 noyabr 2024