Təxminən üç saatlıq sənədli film Şimali Amerika kinoprokatında ciddi marağa səbəb olub.
Kulis.az xəbər verir ki, Neytan Filder və Lens Oppenhaymın rejissoru olduğu "You Can See Everything" ekran işi ilk həftəsonunda cəmi 855 kinoteatrda nümayiş olunmasına baxmayaraq, 15 milyon dollar gəlir əldə edib.
Film “Theranos” şirkətinin qurucusu Elizabet Holmsun həbsə getməzdən əvvəlki həyatından bəhs edir. “Associated Press”in məlumatına görə, ekran əsəri son iyirmi ildə musiqi sənədli filmləri istisna olmaqla, sənədli janrın ən böyük açılış nəticələrindən birini göstərib. Tənqidçilərin yüksək qiymətləndirdiyi filmin tamaşaçılarının əhəmiyyətli hissəsini 35 yaşdan aşağı şəxslər təşkil edib.