Kişi bədən üzvlərindən qadın düzəldən oğlan

Kişi bədən üzvlərindən qadın düzəldən oğlan
11 iyul 2011
# 06:00
“Time Out” qəzeti (İngiltərə) aktyor, rejissor və ssenaristlər arasında – onları ən çox hansı filmlərin sarsıtması barədə sorğu keçirib.

Nikolas Keyc, aktyor: “Mən kinoteatrda “Çapıqlı üz” filmini izləyəndə Al Paçinonun qardaşının əlinə mismar vurulması səhnəsində soyuqqanlılığımı saxlaya bilmədim: venadan qan hər yerə sıçrayırdı. Əslində, kadrda xüsusi heç nə göstərilmir, amma şəxsi təxəyyülün səni dəhşətə gətirir. Aktyor oyunu bütün tərifdən yüksəkdir, yalnız onların sayəsində belə güclü effekt alınıb”.

Aleks Koks, rejissor: “İkinci Dünya müharibəsi haqda belə bir köhnə italyan spagetti-vestern vardı, “Canqo atəş aç” adlanırdı. Rejissor Culio Kestidir. Deyilənə görə, film real hadisələr əsasında çəkilib. Hadisələrin cərəyan etdiyi şəhərciyin sakinləri aşkara çıxarırlar ki, partizanların mübarizə apardığı əclaflardan biri qızıl güllə ilə vurulub. Bu haqda bilən tamahkar sakinlər hələ sağ qalan yaralını tikələrə bölərək onun bağırsağından qızıl güllələri çıxarırlar”.

Kim Nobl, komik: “Bir neçə il əvvəl, məyusluq içində olanda “Körpü” sənədli filmi izlədim. Eşitmişdim ki, Cenifer Enistonla Vin Vonsun budəfəki filmi “xaltura” deyil. Amma gözləmirdim ki, film bu qədər güclü və dərin ola bilər. “Yaşamağa dəyərmi?” sorğusuna bu filmdə mənfi cavab verilir. Film San Fransiskoda məşhur Qızıl Körpüdə intihar edənlərin doğmaları ilə müsahibədən ibarət idi. Filmi bağçalarda göstərmək lazımdır ki, uşaqlar həyatda onların nə qədər ağrının və məyusluğun gözlədiyinə hazır olsunlar”.

Stiven Vuli, prodüser: “80-ci illərin əvvəlində Manhettendə “Parçalar” adlı film izləmişdim. Film adamları qəssab bıçağı ilə öldürüb onların bədən üzvlərindən qadın düzəldən bir oğlan haqda idi. Öz zamanı üçün xarakterik, xoşagəlməz, seksist film idi, amma məni ən çox təəccübləndirən valideynlərin kinoteatra 7 yaşlı uşaqlarla gəlməsi idi. Onda mən hər şeydən çox filmin nümayişini kəsmək və uşaqları ordan aparmaq istəyirdim”.

Don Boyd, rejissor və prodüser: “Həyatımda gördüyüm ən dəhşətli səhnə uşaq olanda bir ağ-qara filmdə İsa Məsihin çarmıxa çəkilməsi idi. İsa rolunu oynayan aktyor ağrını və dəhşəti o qədər gerçək verirdi ki, bu kadrlar uzun müddət mənə yuxularda rahatsızlıq gətirdi. Deyəsən, bu Bunyuelin filmi idi. Bir müddət sonra bu dəhşətli yuxular bitdi və Dreyerin “Janna darkin izitirabları”nı izlədim. Dəhşətlər yenidən başladı”.

Maykl Uinterbottom, rejissor: “Qaspar Noeinin “Dönməzlik” (2002) filmində son dərəcə amansız bir səhnə var. Orda Alber Dyupontel bir oğlanı ölümcül vurur. Onun canı çıxmamış kəlləsini dağıdır. Bu fizioloji səviyyədə adama ağrı gətirirdi”.

Kim Nyuman, dəhşət filmləri üzrə ekspert: “Düzünü desəm, məni seks, zorakılıq, söyüş səhənləri o qədər də sarsıtmır. Sonda hansısa varlıların evləndiyi, bizim isə niyəsə xoşbəxtlikdən kənarda qaldığımız filmlər məni sarsıdır. Bu cür filmləri mən doğrudan da dözülməz sayıram. Coel Şumaxer belə fiımlərin ustasıdır: “Betmen və Robin”, “Opera kabusu”, o başqa cür çəkmir. Amma onun “Qisasçılar” filmi sırf dəhşətdir”.

Sevda Sultanova
# 1473 dəfə oxunub

Oxşar xəbərlər

"Titanik"in aktyorları illər sonra bir arada

"Titanik"in aktyorları illər sonra bir arada

10:40 21 noyabr 2024
Mükafat alan aktrisa:  "Mən ofisiant olanda onlara xidmət edirdim"

Mükafat alan aktrisa: "Mən ofisiant olanda onlara xidmət edirdim"

09:55 21 noyabr 2024
"Kardeşlerim"in aktrisası yeni serialda

"Kardeşlerim"in aktrisası yeni serialda

09:30 21 noyabr 2024
"Safir" serialı “Emmy”yə namizəd oldu

"Safir" serialı “Emmy”yə namizəd oldu

09:12 21 noyabr 2024
Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

Günahsız yerə edam edilən ana - Polis onun pulunu niyə oğurlamışdı?

09:00 21 noyabr 2024
Daha bir aktyor müharibədə öldü

Daha bir aktyor müharibədə öldü

16:24 20 noyabr 2024
# # #