Kulis.az “İlin hekayəsi” müsabiqəsində 10-luğa düşmüş hekayələri təqdim edir.
Xatırladaq ki, aşağıdakı siyahı münsiflərin anonim səsverməsindən sonra 128 hekayə arasından seçilib.
SIRALAMA ŞƏRTİDİR
1. Bəxtsiz padşahın nağılı – Mübariz Örən
2. Türbülans – Şəhriyar Del Gerani
3. Qəhrəmanın ölümü – Nizami Hüseynov
4. Məhəllə – Zaman Piriyev
5. Ülvi küçəsi – Nərmin Kamal
6. Azad – Sevinc Elsevər
7. Quşlar qayıtdısa... – Yaşar Bünyad
8. Revanş – Elçin Məhərrəmli
9. Üç dövrə – Xəyyam Rəfili
10. Sərhəd uzaqdaydı – Tural Atəş
Qeyd edək ki, münsiflərin adları və qaliblər müsabiqənin mükafatlandırılma mərasimində (dekabrın 26-sı) açıqlanacaq. Mükafatlandırma mərasimi Libraff kitab mağazaları şəbəkəsinin Park Akademiya filialında ("Elmlər Akademiyası") açıqlanacaq.
Müsabiqədə:
I yerin qalibi – "İRŞAD"dan Notbuk, "Libraff"dan 200 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi
II yerin qalibi – "İRŞAD"dan Smartfon, "Libraff"dan 100 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi
III yerin qalibi – "İRŞAD"dan Poketbuk (planşet), "Libraff"dan 50 AZN-lik kitab kuponu, "PİNTRAVEL" şirkətinin xüsusi hədiyyəsi
Kulis.az oxucuları tərəfindən seçiləcək onlayn səsvermənin qalibi isə Smart saat və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqə “İrshad Electronics” şirkətinin baş sponsorluğu, Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin dəstəyi, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin sponsorluğu ilə təşkil olunur.
Bütün media nümayəndələri və ədəbiyyatsevərlər dəvətlidir.