Səni niyə belə sevdim? GÜNÜN ŞEİRİ

Səni niyə belə sevdim? <span style="color:red;"> GÜNÜN ŞEİRİ
31 may 2016
# 12:03

Şeirlər vardır, yazıldığı gündən dillərə, könüllərə düşən... İllər ötüb keçsə də yaddaşın bir küncündə, dilin ucunda qalan...İnsan yaşa dolsa da heç zaman qocalmayan, hər zaman öz estetik təravətini saxlayan, vəsf etdiyi duyğular qədər təmiz, saf və əbədi olan şeirlər... Kulis.az-ın “Günün şeiri” layihəsində bu şeirlər yada salınır. Bu ölməz şeirlərə yeni könüllər, yeni könül evləri, yeni sevgilər tapmaq üçün... Şeirləri çoxaltmaq üçün...

Vaqif Bayatlı Odər. Səni niyə belə sevdim?

Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

həm gizlətdim, həm də hamı

bilə istədim niyə?

Min illərçün də Allahdan

Gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

# 2120 dəfə oxunub

Müəllifin son yazıları

# # #