Rəssam meymunun tragikomik hekayəsi

Rəssam meymunun tragikomik hekayəsi
11 dekabr 2022
# 15:00

Kulis.az rəssam meymun Pierre Brassau haqqında yazını təqdim edir.

1964-cü ildə İsveçin Göteborq şəhərindəki Avropa İncəsənət Səhnəsində Pierre Brassau adlı rəssamın əsərləri nümayiş etdirilib. Sənətsevərlər və tənqidçilər rəsm əsəri nümayiş etdirilən bu Fransız avanqard rəssamının əsərləri qısa zamanda diqqəti çəkməyi bacarıb.

Gizemli ressamın eseri, bir koleksiyoncu tarafından 650 dolara satın alındı.

Pierre Brassau haqqında məlumat olmasa da, sənətsevərlər onun rəsmlərinə heyran qalıblar. Hətta kolleksiyaçı Bertil Eklöt Pyer Brassaunun bir əsərini 650 dollara alıb. Elə həmin illərdə məşhur sənətşünas Rolf Anderberq Pierre Brassaunun rəsmləri haqqında təsirli bir köşə yazıb. O, qeyd edib ki, Pierre Brassaunun fırça vuruşları çox güclü və aydındır. Rolf onun əsərlərini də nadir tapıntı hesab edib.

Herkes Rolf'a katılmıyordu tabii, birçok kişi Pierre'in eserlerini küçümsedi.

Lakin hamı Rolfla razılaşmayıb. Bir çox tənqidçi və sənətsevər Pierrenin əsərlərinin mənasız olduğunu iddia edib hətta aşağılayıblar. Anderberqin köşə yazısına cavab olaraq tənqidçilərdən biri "Meymun da bunu bacarar" deyib.

Bu sənətkarı aşağılamaq üçün deyilmiş fikir olsa da, həqiqət idi. Çünki Pierre Brassau adlı rəssam əslində İsveçdəki zooparkda yaşayan Qərbi Afrika şimpanzesi idi.

Şaşırtıcı gerçek ortaya çıktı: Eleştirmen haklıydı!

Ake Axelsson adlı isveçli sərgiyə gələn insanların diqqətini çəkmək üçün belə bir fikri sınaqdan keçirmək qərarına gəlib: Peterin qarşısına kətan, yağlı boya və fırça qoyaraq şimpanzenin bir müddət yağlı boyalar və fırçalarla oynamasına şərait yaradıb. Peter əvvəlcə bu yeni oyuncaqların yemək olduğunu düşündüyü üçün rəsm çəkmək əvəzinə onları yeməyə çalışıb.

Rolf Anderberg, her şeye rağmen sergideki en iyi tabloların Pierre Brassau'ya ait olduğunu düşünüyordu.

Bir müddət sonra isə nə etməli olduğunu anlayaraq rəsm çəkməyə başlayıb. Beləliklə, Peter bir neçə saat ərzində çoxlu əsərlər yaradıb. O, rəsmlərində daha çox kobalt mavisindən istifadə edib.

Şakanın fikir babası bir gazeteciydi ve bu konuda Peter'ın bakıcılarını ikna etmeyi başardı.

Sənətşünas Rolf Anderberq Avropa İncəsənət Səhnəsində sərgilənən əsərlərin meymun tərəfindən çəkildiyini bildikdən sonra da öz fikrini dəyişməyib. Sərgidə ən uğurlu işlərin Qərbi Afrika şimpanzesi Peterə aid olduğunu bildirib.

Pierre Brassau'nun adını daha önce kimse duymamıştı.

Peter tarixdə ilk meymun rəssam deyil. Belə ki, 2011-ci ildə Pockets Warhol adlı meymun 40 abstrakt rəsm çəkib. Meymunun gözətçiləri həmin əsərləri satışa çıxarıb. Dünyanın hər yerindən sənətsevərlər Pockets Warholun əsərlərini 300 dollara alıblar. Satışdan əldə edilən gəlir isə rəssam yaşadığı zooparkın sığınacağına sərf edilib.

Tarihteki tek ressam maymun Peter değil.

Konqo adlı meymun isə sağlığında 400-ə yaxın rəsm əsəri çəkib. Onun rəsmlərindən biri muzeydə 25 min dollara satışa çıxarılıb. Şayiələrə görə, məşhur rəssam Pablo Pikasso Konqonun əsərlərinə heyran olub, hətta Konqonun əsərlərini alıb studiyasının divarından asıb.

Pablo Picasso, maymun Kongo'nun eserlerine hayranmış.

# 1582 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #